
Logistika haqqında bilməli olduğunuz şeylər:
Filmlərə baxmaq, demək olar ki, bir çox insanların zövq aldığı fəaliyyətlər sırasındadır. Bəzən öyrənmək, bəzən gülmək, bəzən qorxmaq üçün baxdığımız filmlər adətən 3 saatı keçmir. Ancaq 2012-ci ildə çəkilmiş bir film müddətləri alt-üst etdi və dünyanın ən uzun filmi oldu. “Logistika” filmi dünyanın ən uzun filmi olması ilə yanaşı, bütün dünyanın ehtiyac duyduğu, lakin fərqində olmadığı bir prosesi diqqətçəkən şəkildə ekranlara gətirir. Dünyada bir çox yüklərin dəniz yolu ilə daşındığını nəzərə alsaq, bu prosesin belə parlaq nümayişinin bütün dünyada rezonans doğurmağı normal hadisə idi.
Logistika filmi haqqında ümumi məlumat
Dünyanın ən uzun filmi olan "Logistika" filmi iki isveçli rejissor Erika Magnusson və Daniel Andersson tərəfindən çəkilib. Film 2012-ci ildə buraxılıb və 35 gün davam edir. Film 2010-cu ildə yola çıxan konteyner gəmisinin dünya turundan bəhs edir. Filmdə gəminin getdiyi ölkələrin logistika sənayesində və gəminin marşrutu boyunca yerləşən limanlarda çalışan insanlarla müsahibələr yer alır. Bundan əlavə, filmdə gəminin yüklənməsi və boşaldılması zamanı yaşanan çətinliklər, logistika sektorundakı texnoloji inkişaflar və davamlılıq məsələlərindən də bəhs edilir. “Logistika” filmi logistika sənayesinin əhəmiyyətini, mürəkkəbliyini və qlobal ölçüsünü vurğulamaq üçün çəkilmişdir. Film logistika sektoru ilə bağlı bir çox detalları və aktual problemləri əhatə etməklə yanaşı, sektorun inkişafı və gələcəyi haqqında da təsəvvür yaradır. Dünyanın bir çox kinofestivallarında nümayiş etdirilən “Logistika” uzunluğu və mövzusu ilə logistika sənayesində yeni cığır açıb.
Mənbə:globelink-unimar.com
Tərcümə etdi:Fatimə Şükürova
