Bu gün:

Emoji: Kim nə vaxt icad edib?


Hazırda demək olar ki, hamımız bir-birimizlə mobil telefonlar, xüsusən də, mesajlaşma proqramları vasitəsilə əlaqə saxlayırıq. Bəzən onlarla sözlə ifadə edə bilmədiyimiz sevgi, rəğbət, kədər, xoşbəxtlik kimi hissləri kiçik bir simvolla təsvir edirik. Bəzən qarşı tərəfin “soyuq” kimi qəbul edə biləcəyi mesaja kiçik simvollar əlavə edərək yazdıqlarımızı daha “səmimi” edirik. Daha çox üz ifadələri, heyvanlar, bitkilər, hava şəraiti və gündəlik həyatda istifadə etdiyimiz əşyalardan ibarət olan bu kiçik və rəngli simvollara emoji deyilir. Rəqəmsal əsrlə birlikdə ortaya çıxan, həm ünsiyyəti zənginləşdirən, həm də ünsiyyətə sərf olunan vaxtı qısaldan emojilərin necə icad edildiyinə daha yaxından nəzər salaq.

Emojilər nədir?

Emoji sözü yapon dilində "şəkil" mənasını verən "e" və "hərf, xarakter və ya yazılı xarakter" mənasını verən moji sözlərindən əmələ gəlib . 2015-ci ildə ilin sözü kimi emoji seçən Oksford lüğətinə görə, emoji “rəqəmsal ünsiyyətdə emosiya və ideyanı ifadə etmək üçün istifadə olunan rəqəmsal simvol” deməkdir.

Emoji ixtirası

ABŞ-ın Karnegi Mellon Universitetinin Dil Texnologiyaları və Kompüter Elmləri Departamentinin professoru Scott Fahlman 1982-ci ildə onlayn lətifə lövhəsində “:-) smiley face” və “:-( crying face”) ifadələrini işlətdi.” adlı simvollar bu gün istifadə etdiyimiz emojilərin qabaqcılları hesab olunur.

1990-cı illərin ortalarında- mobil telefonlar bazara təzəcə çıxmağa başlayanda Yaponiyada mesaj göndərmək və qəbul etmək üçün yalnız peycerlərdən istifadə olunurdu. Yaponiyanın telekommunikasiya operatoru NTT Docomo gənclər üçün hazırladığı peycerlərdə hərflərin yanına kiçik ürək simvolu əlavə edib. Bu təşəbbüs gənclər tərəfindən yüksək qiymətləndirilsə də, cihazlarını daha çox iş dünyasında istifadə etməyi hədəfləyən şirkət zamanla ürək simvolunu yığışdırıb. Lakin bu dəyişiklikdən sonra peycer sənayesindəki bazar payını rəqib şirkətə itirmək təhlükəsi ilə üzləşdi.

Bu məsələni düşünənlərdən biri də NTT Docomo-da işləyən Şirgetaka Kurita idi. Kurita insan duyğularının və reaksiyalarının vizual şəkildə ifadə olunduğu qısa yazışmalarda istifadə üçün uyğun olan xüsusi xarakter dəsti yaratmaq istəyirdi. Ürək işləsə idi, başqaları da işləyə bilərdi. 1999-cu ildə Kurita müxtəlif emosiyalara və vəziyyətlərə uyğun gələn 176 simvolu müəyyənləşdirdi və onları 12x12 piksel emojilərə çevirdi. Kurita emojiləri yaradarkən manqa sənətindən və Yaponiyada istifadə edilən əlifbalardan biri olan Kanci simvollarından ilham alıb. Kuritanın emojiləri birdən Yaponiyada məşhurlaşdı və digər yapon texnoloji şirkətləri tezliklə öz emoji dəstlərini hazırladılar. Lakin emojilərin digər ölkələrdəki texnoloji platformalara yayılması bir qədər vaxt apardı.

2010-cu ildə rəqəmsal şriftlər üçün universal standartları təyin edən Unicode, simvol dəstlərinə emojilər əlavə etməyə başladı. Bu o demək idi ki, məsələn: Fransadakı bir şəxs ABŞ-dakı şəxsə emoji göndərə bilər və hansı telefon markasından və ya əməliyyat sistemindən istifadə etməsindən asılı olmayaraq eyni emojini görə bilər. “Apple”, “Microsoft”, “Google”, “Twitter” və “Facebook” kimi texnologiya şirkətlərinin istifadəçilərinə emojilər təqdim etməsi ilə artıq sosial mediadan tutmuş smartfonlara qədər hər yerdə emojilərlə qarşılaşmaq mümkündür. Bu gün Unicode simvol dəstində 3 min 633 emoji var və hər gün yeni emojilər hazırlanmağa davam edir.

Mənbə: Bilim Genç 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et