Paul Klee alman əsilli isveçrəli rəssamdır. İlk dəfə şərqşünaslığı öyrənən Klee, özünəməxsus üslubu ilə ekspressionizm, kubizm və sürrealizm kimi bir çox cərəyanları təsir edib. Rəssam rəng nəzəriyyəsində çox təcrübəyə sahib olub və təcrübə haqqında yazıb. Əsərləri sənətkarın uşaqlıq perspektivini, yumor hissini, şəxsi hisslərini, inanclarını və ahəngdarlığını əks etdirirdi. Klee və dostu, rus rəssamı Vasili Kandinski də Bauhaus məktəbində dərs deməklə məşhur olublar.
Ekspressionist, sürrealist rəssam Paul Klee 1879-cu ildə İsveçrənin Bern yaxınlığındakı Münhenbuhsee şəhərində anadan olub. O, musiqiçi ailənin ikinci övladı olub. Ömrünün ilk illərində 1886- 1890-cı illərdə Bələdiyyə musiqi məktəbində musiqi ilə məşğul olub və skripka dərsləri alıb. Lakin sonradan onun marağı musiqidən təsviri sənətə keçməyə başlayıb.

Valideynlərinin müqavimətinə baxmayaraq, 1898-ci ildə Heinrich Knirr studiyasında dərs deməyə başlayıb. Çox yaxşı çəksə də, rəng problemi yaşamağa başlayıb. 1901-ci ildə dostu Hermann Haller ilə İtaliyaya səyahətə çıxdı. Roma, Florensiya və Neapolu gəzərək keçmiş ustaların rəsmlərini araşdırdılar. İtaliyaya qayıtdıqdan sonra bir müddət ailəsi ilə qalıb və musiqi ilə məşğul olub. Bu vaxt anatomik araşdırmalarını inkişaf etdirib.

1911-ci ildə Alfred Kuba, Daha sonra Augustus Macke və Vasili Kandinski ilə tanış oldu. Bir müddət sonra birlikdə der Blaue Reiter qrupunu qurdular. Bununla birlikdə, işində bir dönüş nöqtəsi, Augustus Macke və Louis Moye ilə birlikdə Tunisi ziyarət edərkən meydana gəldi. Rəssam işığın keyfiyyətindən çox təsirləndi. Bu mövzuda o belə yazıb: “Rəng mənə sahib oldu. Onu təqib etməyi dayandırdıqdan sonra məni əbədi tutacağını bilirdim. Rəng və mən birik. Mən rəssamam”. Bu mərhələdən sonra o, texniki uğuruna rəngdən istifadə etməkdə uğurunu əlavə edərək, ikisini birləşdirdiyi “dramatik rəsmlər” adlı seriya yaratdı.
1930-cu illərin ilk yarısında Klee karyerasının zirvəsində idi. 1930-cu illərin sonlarında Kandinski və Picassonu ziyarət etdi. Bu dövrdə əsasən ağır xətləri və daha geniş rəng blokları olan həndəsi formalardan istifadə etdi. Digər tərəfdən rəng palitrası parlaqdan tutqun rəngə qədər dəyişirdi. Bu dəyişikliyin səbəbi, ehtimal ki, nikbinlik və bədbinlik arasında dəyişən əhval-ruhiyyə ilə aradan qaldırıldı. 1937-ci ildə Almaniyaya qayıdan rəssamın on yeddi rəsm əsəri nasistlərin təşkil etdiyi “degenerativ sənət” sərgisində nümayiş olundu və 102 əsəri nasistlər tərəfindən məhv edildi.
Rəsmlərini təsnif etmək çətin olsa da, müxtəlif dövrlərdə ekspressionizm, kubizm, futurizm, sürrealizm və mücərrəd sənət kimi cərəyanlarla əlaqələndirilmişdir. Tez-tez dövrünün sənətçilərindən ayrı işləyən sənətçi yeni sənət istiqamətlərini öz nöqteyi-nəzərindən şərh edib. Onun metod və üsulları qeyri-adi dərəcədə yaradıcı idi.
Mənbə: artkolik
Tərcümə etdi: Aysu Əsədova
