
Xına – ilk dəfə Şimali Afrikada becərilməyə başlayıb, daha sonra şərqdə Hindistana, ordan isə Avropaya gətirilmişdir. Xınadan uzun müddət bəzək vastəsi kimi istifadə olunub və bu gün də istifadə olunur, lakin araşdırmalar göstərir ki, xına bəzək vasitəsi olmaqla yanaşı, həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir.
Xına tanınmış məhsuldur və əsrlər boyu saçların rənglənməsi və müvəqqəti döymələr üçün istifadə olunur. Hindistan, Asiya və Şimali Afrikada böyüyür və möcüzəvi güclərə sahibdir: saçları sağaltdığına, gücləndirdiyinə, kəpəyi və baş dərisinin digər xəstəliklərini aradan qaldırdığına inanılır.
Xına, Lawsonia kolunun yarpaqlarından hazırlanmış bir tozdur. Tərkibində yerli saç proteini keratin strukturuna yaxın olan Lawsone tanin molekulları var.
Xınanın hansı faydaları var?
1. Xına dərini bakteriyalardan və göbələklərdən mühafizə edir.
2. Baş ağrısı və hərarəti aradan qaldırır
3. Xına həmçinin sifilis xəstəliyinin müalicəsinə köməklik edir.
4. Dırnağın və dırnaq diblərinin möhkəmlənməsində də xınanın əhəmiyyətli rolu var.
5. Xına saçların dibini möhkəmləndirərək saç tökülmələrinin qarşısını alır, sızanaqları yox edir.
Mənbə:salonsecret.ru
Tərcümə etdi: Səmayə Qədirova
