Bu gün:

Kitab oxumağın insan psixologiyasına hansı təsirləri var ?


Oxumaq ürək döyüntüsü və əzələlərimizdəki gərginliyi azaltmaqla bədənimizi rahatlaşdıra bilər. Araşdırmalar da oxumağın stressi 68%-ə qədər azalda biləcəyini göstərir.

Oxumaq bizi dünyamızdan, zehnimizdən çıxarır və kitabın səhifələrində başqa bir dünyaya aparır. "Bir film və ya televiziya şousu ilə sizə nələrsə vizual şəkildə təqdim olunur. Bir kitabda isə onları özünüz yaradırsınız. Buna görə də bu, əslində, daha güclü bir hadisədir, çünki siz özünüz iştirak edirsiniz... "

Nyu Yorkdakı The New School-un tədqiqatçıları bədii ədəbiyyatın “oxucunun başqalarının nə düşündüklərini və hiss etdiklərini anlamaq qabiliyyətini yaxşılaşdırdığına” dair sübutlar tapıblar. Eyni zamanda, bədii ədəbiyyat empatiya hissini də gücləndirir. Başqalarının da hislərini anlamağa çalışmaq bizi daha yaxşı biri edir. Bədii ədəbiyyat, həm də bizə oxşar şəraitdə başqaları ilə eyniləşmə şəraiti yaradır.

Bənzər təcrübələri olan insanlar haqqında oxuyanda özümüzü daha az tək hiss edə bilirik. Bu, xüsusilə, problemlərlə qarşılaşan gənclər üçün faydalıdır. Yeniyetmələrin gündəlik həyatlarında qarşılaşa biləcəkləri problemlər, zorakılıqdan tutmuş narkotikə, sosial təcrid olunmağa kimi onlara kömək edə biləcək çoxlu romanlar var.

Mənbə: namica.org

Tərcümə etdi: Gülay Orucova

Paylaş