Bu gün:

Gözəllik ilahəsi Afrodita


Yəqin ki, Yunan mifologiyası ilə hər biriniz tanışsınız. Yunanların elmi bilikləri zəngin olduğundan müxtəlif elmlərin yaranması və inkişafı onların adı ilə bağlı idi. Elə bunlardan biri də miflər öyrənən elmdir. Burada tanrılardan və ilahələrdən, onların həyatından, yaşam tərzlərindən söhbət açılır: Zevs, Dionis, Afina, Heredot, Poseydən və s. Bəs Afrodita…

Afrodita bir çox Yunan mənbələrində gözəllik, əyləncə, eşq tanrısı olaraq bilinir. O həmçinin məhsuldarlıq, bərəkət, əbədi bahar və həyat ilahəsi kimi də təsvir edilir. Simvolları qu quşu, sərçə və göyərçindir.

Hesiodun “Teoqaniya” əsərində onun Sitera sahillərindəki dəniz köpüyündən doğulduğu deyilir. Homerin “İliada” əsərində qeyd olduğuna görə o, Zevs və Diananın qızıdır. Sapponun poetik əsərlərində Afroditanin Kipr adasındakı əsas ibadət mərkəzi olan Pafosu yaxınlığında doğulduğu deyilir, buna görə də onu bəzən “Kiprli” adlandırırlar. Onun mifinin digər versiyalarında Çuha(Cythera) adasında doğulduğu və digər adının “Cytherea” olduğu deyilir. Çuha adası Krit və Peloponnes arasında ticarət və mədəniyyətin dayanacağı yer idi.

Afrodita nikahın hamisidir. Kiçik Asiya ilahəsi Kibelaya yaxın olan Afroditanın arxaik xüsusiyyətləri daha mülayimdir. Afrodita Finikiya ilahəsi Astarta, Babil ilahəsi İştar və Misir ilahəsi İsida ilə eyniləşdirilirdi. Digər Olimpiya allahları kimi Afrodita da qəhrəmanlara hamilik edirdi. Troya müharibəsi zamanı Afrodita döyüşlərə müdaxilə etməyə cəhd göstərmiş, troyalılara yardım etmişdi. Kifera adalarında yerləşən Afrodita Uraniya (“Səmavi”) məbədi yunanların ən qədim və müqəddəs ibadətgah idi.

Qədim Roma mifologiyasında Venera ilə eyniləşdirilirdi. Afroditaya sitayiş Yunanıstandan başqa Kiçik Asiya, Suriya, həmçinin Bibl şəhərində və Qara dəniz koloniyalarında geniş yayılmışdı.

Alkamenin “Afrodita bağlarda” (e.ə 5-ci əsrin ikinci yarısı; əsərin Roma surəti Luvrda saxlanılır), Praksitelin “Knidli Afrodita” (e.ə 350-340 ; 50-dən çox surəti var), həmçinin “Miloslu Afrodita” və Apellesin “Anadiomenin Afroditası (e.ə 4-cü əsrin ikinci yarısı; dövrümüzədək çatmamışdı) kimi Afrodita haqqında bir çox dəyərli əsərlər yaradılıb.

Mənbə:  Britannica.com

Tərcümə etdi: Aytac Musayeva


Paylaş
Şərh əlavə et