Bu gün:

"Fəryad" filmi



Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmidir.
“Fəryad” filmi deyən kimi dərhal filmin özü keçir arxa plana, ön plana Ceyhun Mirzəyev gəlir. Simasındakı Qarabağ nisgilindən, həsrətindən, ahından yaranan fəryadla ön planda olur.

Ssenari real hadisələr əsasında yazılıb, İsmayıl real obrazdır.
Ssenari müəllifi və rejissor əsirlikdən qaytarılan, hospitalda yatan həmin adamla görüşüblər.
Filmdəki zirzəmi səhnəsi 5-ci kardioloji xəstəxananın zirzəmisində lentə alınıb.
Filmin operatoru Kənan Məmmədov deyir ki, o,  çətin çəkiliş prosesində Ceyhun Mirzəyevin filmi, obrazı necə yaşadığını görüb, onun haqqında “rola uyğun deyil” rəyi verməkdə yanıldığımı anladım.
Murovdağın ətəyində filmin ən ağır kadrları lentə alınıb. Güclü qar yağıb, yerdə oturmuşdu. Naftalanda pansionatda Xocalı qaçqınları yaşayırdı. Çəkiliş məsulları gedib onlarla danışıblar ki, Xocalı faciəsini filmə çəkirik, gəlin həmin səhnədə özünüz çəkilin ki, daha canlı olsun. Canla-başla razılaşıblar. Düşünüblər ki, belə bir filmin çəkilməsi təbliğat vasitəsi kimi xeyrimizə işləyər, yurdlarına qayıtmağa kömək edən bir detal olar. O vaxt səsimizi dünya eşitmirdi, faciələrimizi özümüz qışqırıb, özümüz də eşidirdik. Dünyanı biz maraqlandırmırdıq. Sonunda bunları anlayıb, özümüz məsələni həll etdik. Görünür, bu zamanın yetişməsi üçün “Fəryad” filmi də çəkilməli idi.


Filmdə qarın üstünə yıxılan yaralı insanlar Xocalı sakinlərinin özləridir. Kadrların yaxşı alınması üçün təbii ki, həmin anda nə operatoru, nə ssenari müəllifini insanların nə yaşadığı barədə düşünməyə vaxtları olub. “Sən burdan yıxıl, sən belə qışqır” – deyə göstəriş verən operator Kənan Məmmədov deyir ki, bir də gördüm, kimsə hönkürüb ağlayır. Dönüb gördüm Ceyhun Mirzəyevdir: “O faciədən sağ çıxanlara burda onu yenidən yaşadıb, öldürməyək, dayandırın”, — deyib.
Kadrlar o qədər real alınır ki, o vaxt televiziyalar real Xocalı kadrları ilə filmin kadrlarını süjetlərdə bəzən dəyişik salıb verirdilər.
Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.


Mənbə: prosto-vitjok.livejournal.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et