Bu gün:

Çin səddi haqqında doğru bilinən yanlış nədir ?


Bir çoxlarının səhv bildiyi Böyük Çin Səddinin kosmosdan görünən yeganə tikili olması fikri, əslində, doğru deyil. Divar onu əhatə edən daş və torpağa çox bənzədiyi üçün onu aşağı Yer orbitindən insan gözü ilə, hətta əksər orbital fotoşəkillərdə belə ayırd etmək çətindir. Ancaq bu, qədim tikilinin heyrətamizliyini azaltmır.

Minilliklər boyu Çin liderləri torpaqlarını şimal köçəri işğalçılardan qorumaq üçün tikililər inşa ediblər. Əsrlər boyu, Çin bir millətdə birləşməmişdən əvvəl belə divarlar sərhədləri qoruyurdu.

XVII əsrdə Mançu imperatorları Çin hakimiyyətini Daxili Monqolustana qədər genişləndirərək divarın müdafiə əhəmiyyətini azaldıblar. Bununla belə, sədd Çin mədəniyyətinin simvolu kimi əhəmiyyətini hələ də qoruyub saxlamışdır.

Hər il saysız-hesabsız ziyarətçi divarı görmək üçün Çinə səyahət edir. Kosmosdan aydın görünməsə də, Çin səddi Yer üzündəki şah əsərlərindən biri hesab olunur.

Mənbə: nationalgeographic.org

Tərcümə etdi: Gülay Orucova

Paylaş