
Instagram 2010-cu ildə yaradılıb. Bu gün dünyanın ən populyar sosial mediası arasında sayılan tətbiqin əsasını ABŞ-ın ən prestijli universitetlərindən biri olan Stanfordun məzunları Kevin Systrom və Mike Krieger qoyub.
İnstagramı çox gənc yaşda quran Systormvə Krieger, fotoşəkilləri asanlıqla təşkil edən və onları şəbəkənizlə paylaşmağınıza imkan verən bir proqram hazırlamaq fikri ilə yola çıxdılar. Instagram-ın yaranması internet istifadəçilərindən çox yaxşı reaksiyalar alır. Uğurlu ikili bu ideyanı ən yaxşı şəkildə həyata keçirdi və bu gün dünyada ən çox istifadə edilən foto filtrləmə və paylaşma proqramını inkişaf etdirdi.
Instagram mobil proqram olmasına və istehlakçıların tətbiq əsaslı sosial şəbəkələrə öyrəşməməsinə baxmayaraq, qısa zamanda böyük diqqət çəkib. İstifadəçilər Instagram tətbiqinin təqdim etdiyi filtrlərlə mobil telefonları ilə çəkilmiş adi fotoları gözəl şəkillərə çevirir. Bu fotolar paylaşılmağa başlayanda onları görən digər insanlar da öz fotolarını filtrlərlə gözəlləşdirmək istəyirlər. Bunun üçün onların ilk dayanacağı Instagramdır.
Silikon Vadisinin favoritlərindən birinə çevrilən Instagram-a qısa zamanda çoxlu investisiyalar daxil olur və bu da şirkətin güclü infrastruktura sahib olmasına zəmin yaradır. Bundan sonra Facebook Instagram-ı 1 milyard dollara alır. Instagram tarixində qırılma nöqtəsi məhz bu mərhələdə, onun Facebook tərəfindən alınması ilə baş verir.
Baş ofisi San Fransiskoda yerləşən Instagram dünyanın ən nüfuzlu sosial medialarından biri hesab olunur və gündən-günə gücünü artırır (TikTok istisnasını gözardı etsək...) Dünyada istifadəçi sayını ən sürətlə artıran tətbiq Instagramdır.
Instagram komandası bildirir ki, dünyada bir milyarddan çox insan İnstaqramdan fəal şəkildə istifadə edir və onlar bu insanları sevdikləri insanlara və şeylərə yaxınlaşdırmaqdan qürur duyduqlarını bildirirlər. Onlar qeyd edirlər ki, Instagram insanları dünyanı fərqli görməyə, yeni maraqlar kəşf etməyə və özünü ifadə etməyə ruhlandırır.
Mənbə: medyaakademi.com.tr
Tərcümə: Günay Ələsgərova
