Bu gün:

İlk mobil telefonun ixtirası




Telefon, demək olar ki, hər gün dostlarımız və ailəmizlə ünsiyyət qurmaq üçün tez-tez istifadə etdiyimiz vacib bir cihazdır. Telefonun ixtirası həyatımızı asanlaşdıran bir ixtiradır. İndi inanılmaz dərəcədə praktik və hər kəs üçün əlçatan olan bu yüksək səviyyəli cihazlara ehtiyacımız çoxdur. Bəs həyatımızda telefonlar olmasaydı nə olardı? İnsanların necə ünsiyyət qurduqları, telefonlar olmayanda nə etdikləri kimi suallar, xüsusilə, yeni nəslin beynində bir sual işarəsidir. Hər texnoloji cihazın bir ixtiraçısı olduğu üçün telefonu da kim isə icad etməlidir.

Telefonu kim icad edib?

Telefonun ixtirası deyildikdə ilk ağıla gələn ad təbii ki, Alexander Graham Bell olur. Əslində, Graham Belldən əvvəl Florensiyalı ixtiraçı Antonio Santa Guiseppe Meucci telefonu icad edib və 1870-ci ildə onu patentləşdirib. Lakin Meucci patentini yeniləyə bilmədiyi üçün telefonun ixtiraçısı Alexander Graham Bell olaraq qalır və Qrem Bell hətta məhkəmə qərarı ilə telefonun ixtiraçısı titulunu da almış olur.


Telefon harada və neçənci ildə icad edilmişdir?

Telefon 1876-cı ildə ABŞ-ın Boston şəhərində elektrik siqnallarına çevrilən insan səslərini ötürmək məqsədi ilə icad edilib. Bundan dərhal sonra Bell patentini alıb və telefonun ixtiraçısı hesab edilib.


Telefonun ixtirasından sonra həyat heç vaxt əvvəlki kimi olmadı, dünyada ünsiyyət sürətləndi, məktub və poçtun əhəmiyyəti azaldı. Bəlkə də dünya o dövrlərdə nəhəng texnoloji inqilabdan keçdiyinin o qədər də fərqində deyildi, çünki telefonun yeganə xüsusiyyəti sürətli və asan ünsiyyət kimi görünürdü. Halbuki o dövrün ən böyük elmi-fantastik yazıçıları belə, telefonun bu gün əl-ayağımız qədər vacib bir orqana çevriləcəyini proqnozlaşdıra bilməzdilər.

Telefonun inkişafı bu gün də davam edir. Kameralar yaxşılaşır, süni intellekt inkişaf edir. Çox böyük sürətlə inkişaf edən telefon texnologiyasının vəziyyətinin yaxın illərdə necə olacağını hamımız görəcəyik.

Mənbə: sabah.com.tr
Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et