
Anime nədir?
Anime sözü əslində ilk dəfə fransız dilində "dessin anime" kimi istifadə edilmişdir. İngilis dilində "animasiya" kimi istifadə olunur. Animenin tərifi üçün deyə bilərik ki, bu, Yapon mənşəli və Yaponiyaya xas unikal üsluba malik olan rəsmlərin animasiyasıdır. Bu animasiya teleserial kimi uzun epizodlar üçün davam edə bilər və ya film kimi uzun metrajlı film ola bilər. Anime ümumiyyətlə manqadan uyğunlaşdırılsa da, onların manqa olmayan çoxlu mənbələri də var.
Manga nədir?

Onlar Yapon komiksləridir, amma yenə də anime və cizgi filmləri arasında çoxlu fərqlər var və eyni şey buna da aiddir. Ən böyük fərq onun sağdan sola oxunmasıdır. Manqa yazıçılarına manqaka deyilir. Çin komiksləri manhua, Koreya komiksləri isə manhwa adlanır. Çapı mümkün olmayan və yalnız rəqəmsal mühitlərdə oxuna bilən Koreya mənşəli rəngli komikslər vebtounlar adlanır.
Anime ilə Cizgi filmləri arasındakı fərq nədir?

Animelər çoxlarının düşündüyü kimi uşaqlara xitab edən cizgi filmləri deyil. Demək olar ki, hər yaşda olan insanlara müraciət edir və mövzuları çox genişdir. Texniki baxımdan ona cizgi filmi demək səhv olmasa da, cizgi filmindən heç bir fərqi olmadığını söyləmək qətiyyən yanlışdır. Çünki yapon mənşəli olsa da, sadəcə cizgilərə baxmaqla fərqi müəyyən etmək olar.
Cizgi filmlərinin mövzuları ümumiyyətlə çox sadə olsa da, Anime mövzularının həddi-hüdudu yoxdur,sonsuzdur. Yenə də haqsızlıq etməyək. Rik və Morti kimi böyüklərin marağına səbəb olan cizgi filmləri də var. Bu janrın hələ də cizgi filmləri ilə eyni olduğunu düşünənlərə Serial Experiments Lain-ə baxmağı tövsiyə edirəm ki, bu da hər bölümdən sonra “mən bu epizoddan nə başa düşdüm” sualına səbəb olur.
Mənbə: Kayiprihtim
Tərcümə etdi: Nuray Mürsəlova
