Hinduizmin ən mühüm ənənələrindən biri olan Holi bayramı və festivalları bütün dünyada qeyd olunur.

Hər kəsin əvvəlcə üzünə rəngli boyalar sürdüyü, sonra isə bir-birinin üstünə atdığı minlərlə insanın əyləndiyi bir bayramıdır. Üzərinizə tökülən və ətrafa səpələnən boyalar yazın gəlişi ilə ortaya çıxacaq rəngarəngliyi və “yenidən doğulmağı” simvollaşdırır.
Holi Festivalının tarixi:
Bu festivalın mifoloji hekayələrə əsaslanan tarixi var. Hindu tanrısı Brahma şər padşahı Hirayakaşipunu ölümsüzlüklə mükafatlandırır. Bu mükafatla Hirayakashipu qürurlu bir insana çevrilir və hamının yalnız ona tabe olmasını istəyir. Hirayakashipunun öz oğlu Prabla atasına itaətsizlik edir və onlar arasında münaqişə başlayır. Atası dəfələrlə oğlunu öldürməyə cəhd edir, lakin hər cəhddə Prablanı başqa bir tanrı Vişnu xilas edir.
Ata Hiranyakashipu oğlunu bacısının qucağında yatarkən yandırmaq istəyir. Bacısı Holikanın onu qoruyan, odda yanmayan şalı var. Hiranyakashipu Prablanı yandırmağa çalışarkən bacısı Holika geyindiyi şalını Prablaya verir. Özü də Prablanı yandırıb xilas edir. Bunun üzərinə hindu tanrısı Vişnu Hiranyakaşipunu öldürür. Oğlu Prablanın yerinə keçdi.
Bu festival öz adını xeyirin şər üzərində gücünü simvolizə edən bacı Holikadan götürür.

Holi Festivalını necə qeyd etmək olar?
Həmin gün bütün marketlər, rəflər, küçələr rəngli boyalarla dolmağa başlayır. Torpaqdan hazırlanan bu boyalar mavi, bənövşəyi, sarı, yaşıl və qırmızı kimi bir çox canlı rənglərdən ibarətdir. Bu rənglərin mifoloji mənaları var. Amma burada önəmli olan əylənmək və yazın gəlişini qeyd etməkdir. İnsanlar mahnı oxuyarkən və rəqs edərkən bir-birinə boya atırlar.Holi bayramı əsasən mart ayında qeyd olunur.
Mənbə: İyikigormusum
Tərcümə etdi: Nuray Mürsəlova
