Bu gün:

"Starbucks"ın adı və simvolu haradan gəldi?


Starbucks 1971-ci ildə Sietldə Cerri Balduin, Qordon Bouker və Zev Siql tərəfindən təsis edilib.  Sietl şəhərinin Sakit Okeana bağlı olan Puget boğazının yaxınlığından və ilk qəhvə tacirlərinin dənizçilik köklərindən ilhamlanaraq, qurucular şirkətin adının macəra hissi oyatmasını və dənizçiliklə bağlı olmasını istəyirdilər. Bouker əvvəlcə Herman Melvillin klassik romanı Mobi Dik-dəki gəminin adı olan Pequod adını təklif etdi. Lakin bu fikri bəyənməyən qurucular bu barədə düşünməyə davam etdilər. Onlar nəhayət Moby Dick-dəki ikinci kapitanın adından ilhamlanaraq şirkəti "Starbucks" adlandırmağa qərar verdilər.

Boukerin yaradıcı şəriki Terri Hekler və digər şəriklər tapdıqları ada uyğun simvol  axtarışına başladılar. Terri köhnə dənizçilik kitablarını vərəqləyərkən yunan mifologiyasına aid , öz ovsunlayıcı mahnısı ilə dənizçiləri ölümə sürükləyən, iki quyruqlu su pərisi Sirenin təsviri onları heyrətə gətirdi və nəhayət onlar axtardıqlarını tapdılar.

Starbucks-ın qurucuları: Cerri Balduin, Zev Siql və Qordon Bauker
 

Starbucks-ın ilk illəri

Qəhvə qovurma sahibkarı Alfred Pitin uğuru Starbucks-ın qurucularını keyfiyyətli qəhvə dənələri və avadanlıqlarının satışına yönəltməyə ruhlandırdı. Və Peet Starbucks-ın yaşıl qəhvə dənələrinin ilk tədarükçüsü oldu. Şəriklər daha sonra bir qəhvə qovurma maşını aldılar və öz reseptlərini yaratmaq üçün Pitin qəhvə qovurma üsullarını sınaqdan keçirdilər. 1980-ci illərin əvvəllərində Starbucks Sietldə dörd mağaza açmışdı və öz keyfiyyəti ilə təzə qovrulmuş qəhvə  dənələri ilə rəqiblərindən fərqlənirdi. 1980-ci ildə quruculardan biri olan Siegl ortaqlığı tərk etdi. Bolduin də şirkətin prezidenti rolunu öz üzərinə götürdü.

Howard Schultz dövrü və dönüş nöqtəsi

1981-ci ildə Starbucks-ın çoxlu sifarişləri qəhvə maşınları aldıqları şirkətin satış nümayəndəsi Howard Schultz-un diqqətini çəkdi. Bu səbəbdən Starbucks-ı ziyarət etmək qərarına gələn Schultz Starbucks-dan təsirlənərək karyerasını burada davam etdirmək istəyib. 1982-ci ildə marketinq meneceri vəzifəsinə işə götürülüb.

Schultz bir yarmarkada iştirak etmək üçün Milana gedəndə Starbucks-ın gələcəyini dəyişdirən ideya ilə gəldi. İtaliyadakı, kafelər və qəhvə mədəniyyəti onu çox heyran etdi. O, təkcə Milanda 1500 kafenin olduğunu öyrənib. Bundan ilhamlanaraq, Starbucks-da qəhvə verə biləcəklərini düşündü və kiçik və yerli bir marka olan Starbucks-ın ölkənin hər yerində bir zəncirə çevrilməsini xəyal etdi.

Bununla belə, Schultz bu ideyanı Baldwin və Bowker-ə çatdırdıqda, qurucular bu ideyaya çox da həvəsli deyildilər.  Onlar Starbucks-ın qəhvə dənələri və avadanlıqlar satan bir mağaza olaraq qalmasını istəyirdilər. Schultz, Starbucks-ı 1985-ci ildə Baldwin və Bowker-i Starbucks-ı qəhvə təqdim edən kafeyə çevirməyə razı sala bilməyəcəyini anladıqdan sonra tərk etdi. O, qurduğu "Il Giornale" adlı qəhvə şəbəkəsi ilə dərhal uğur qazandı və tez bir zamanda birdən çox şəhərdə kafelər açdı.

1987-ci ildə Baldwin və Bowker Starbucks satmaq qərarına gəldikdə, Schultz dərhal Starbucks almağa qərar verdi. Starbucks adı altında Il Giornale konseptini davam etdirərkən, Starbucks mağazalarında satılan qəhvə dənələri, avadanlıq və digər məhsulları da əlavə etdi. Beləliklə, 1996-cı ildə Şimali Amerika xaricində mağazalar açmağa başlayan Starbucks qısa müddətdə dünyanın ən böyük qəhvə şəbəkəsinə çevrildi.

Mənbə: Kampüste ne var
Tərcümə etdi: Zəhra Niftiyeva

 

Paylaş
Şərh əlavə et