Bu gün:

Buz mağaraları


Mağaraların hamısı  karst mənzərələrinin  bir hissəsi deyil. Vulkanik mağaralar adlanan xeyli sayda nisbətən kiçik mağaralar lavadan və süxurların mexaniki hərəkəti nəticəsində əmələ gəlir. Digər mağaralar buzlaqlarda buzların əriməsi nəticəsində əmələ gəlir. Bəzi mağaralar isə buzlaqlarda buzların əriməsi, su və küləyin eroziv təsiri nəticəsində yaranır. Bunlar dəniz mağaraları, qaya sığınacaqları və talus mağaralarıdır. Dəniz mağaraları, sahil xətləri boyunca dəniz qayalıqlarının  təməlindəki qırıqlar və ya dalğa təsiri nəticəsində yaranır. Dəniz mağaralarının uzunluğu nadir hallarda bir neçə yüz metrdən çox olur. Buzlaq mağaralar – bunlar buzlaq buzları ilə əsas süxur arasında buzlaqların burunlarının yaxınlığında əmələ gələn uzun tunellərdir. Giriş suyu buzun ərimə nöqtəsindən bir qədər yuxarı olduğundan  buzlağın dibi boyunca süzüldükcə buzları tədricən əridir.

Mənbə: Britannica

Tərcümə etdi: Aynur Mikayılova


Paylaş
Şərh əlavə et