
Şəkilə baxıb "Of, mən çox pis görünürəm" sözünü yəqin ki, demisiniz. Xüsusən də foto çəkməyi sevməyənlərdənsinizsə, bunu mütləq demisiniz. Halbuki, o gün güzgüdə o qədər də pis görünmədiyinizi yaxşı xatırlayırsınız. Amma etiraf edin, bəzən fotolarda çox pis görünürük. Əgər bu iki dəfə təkrarlansa... Yaxşı, bəlkə də, düşündüyün qədər fotojenik deyilsən.
Üç, beş, on, yüz dəfə? Bir insanın hər şəkli pisdirmi? Nə baş verir? Niyə özümüzü güzgüdə bəyənirik, amma fotoşəkillərdə yox? Bədəninizin iki yarısı təxminən simmetrikdir ancaq tam yox, təxminən. Bu natamam simmetriya, yaxud sadəcə olaraq, asimmetriya, bəlkə də gündəlik həyatımızda çox hiss etmədiyimiz bir elementdir. Bununla belə, beynimiz asimmetrik fərqlərimizi anlayacaq qədər güclüdür. Buna görə də, bir şəxsin üzünə baxdığınız zaman, ondakı asimmetriyanı şüurlu şəkildə hiss etməsəniz də, şüuraltınız bu məlumatları emal edir və sifətin asimmetrik xüsusiyyətləri də daxil olmaqla, bütövlükdə xatırlayır. Fotoşəkillərdə və güzgülərdə özünüzü niyə gözəl görmədiyinizi izah edən ikinci ipucu psixologiyadan gəlir. "Məruzqalma təsiri". Bu psixoloji təsirə əsasən biz nə qədər tez-tez bir şey görürüksə və ya ona məruz qalırıqsa, bir o qədər müsbət reaksiyalar inkişaf etdiririk. Belə ki, bir çox insan güzgüdəki halına daha çox məruz qaldığı üçün bu halı ona daha yaxşı görünür.
Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Tahirə Bağırzadə
