
İlk olaraq e.ə. 200-cü illərdə ortaya çıxan Çin çubuqları Çin dilində "Kuaizi" adlanır. Çin yemək çubuqları bu mədəniyyətdə yeməyə hörmət göstərmək üçün istifadə olunur. Beləliklə, bu çubuqlar mədəniyyətin bir hissəsidir.
Bu çubuqlar bu gün demək olar ki, bütün Asiya ölkələrində istifadə olunur. Yaponiyada bu çubuqlar "Haşi" və ya "Waribashi" adlanır. Çin mədəniyyətində mühüm yeri olan Konfutsi Çin mədəniyyətində çubuqların niyə istifadə edildiyini “Bıçaqların heç vaxt masada yeri yoxdur” deyərək ümumiləşdirib. Bu filosofa hörmət edən çinlilər bu gün də öz ənənələrini davam etdirirlər.
Əslində, tarixində belə kifayət qədər intellektli olan bu xalq bu çubuqları başqa məqsədlər üçün istifadə edirdi. Onlar poladdan hazırlanmış çubuqlarla yeməyin zəhərli olub-olmadığını müəyyən edə bilirdilər. Çubuğun yeməyə batırıldıqdan sonra aldığı rəngdən asılı olaraq yeməyin zəhərli olub-olmadığı üzə çıxarıla bilirdi.
Mənbə: Kahveciniz
Tərcümə etdi: Tahirə Bağırzadə
