Bu gün:

"Ulduzlu gecə" tablosu bizə nəyi göstərir?


Ulduzlu Gecə bəlkə də indiyə qədər ən məşhur sənət əsərlərindən biridir. Hollandiyalı rəssam Vinsent Van Qoqun karyerasının son mərhələlərində yaratdığı bu rəsm sənət tarixində çox mühüm yer tutur. Bu şəkil niyə belə böyük təsir bağışlayır? Budur bir şərh: “Qısa və ustalıqla fırça vuruşları, süni rəng palitrası və parıldamağa vurğu səmada xüsusilə aydın görünür. Mavi və qızılı sarının tonları onun əvvəlki işlərindən ilham alır. Bu ölməz əsərin balanslaşdırılmış kompozisiyasında burulğana tutulmuş səma, özünəməxsus formaya malik ulduzlar, gecəni işıqlandıran ay, dinc yatan kənd və hündür sərv ağacı diqqəti cəlb edir".

Mənzərə Van Qoqun psixi xəstəxanadakı otağından görünən real mənzərə olsa da, rəssam rəsm çəkərkən reallığa o qədər də sadiq olmayıb. "Ulduzlu Gecə” tablosunun rəssamın qaldığı ruhi xəstəxanadakı otağından görünən Saint-Remy-de-Provence şəhərinin yuxu yozumu olduğunu söyləmək olar. O, qardaşı Teo Van Qoqa yazdığı çoxsaylı məktubların birində rəsm haqqında yazır: “Mən dəmir barmaqlıqlı pəncərəmdə buğda tarlası görürəm. Səhərlər günəşin doğuşunu bütün əzəməti ilə seyr edirəm".

 Məktubu nəzərə alaraq uzun araşdırmalar aparan elm adamları əsərin 25 may 1889-cu il saat 04:40-da səmanı göstərdiyini təyin edə biliblər.

Mənbə: 3nokta

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et