Bu gün:

"Valdaro sevgililəri"


2007-ci ildə İtaliyada aparılan arxeoloji qazıntılarda bir cüt skelet kəşf edildi.İlk baxışda arxeoloqlara dərindən təsir edən bu skeletlərin üzləri bir-birinə dönmüşdü və ayaqları bir-birinə dolanmışdı. Bu görüntü,skeletlərin "Valdaro Sevgililəri" adlanmasına səbəb oldu.

2007-ci ildə bir arxeoloqlar komandası İtaliyanın Lombardiya bölgəsindəki Mantua yaxınlarında bir məzar kəşf etdi .İçəridə üz-üzə yatan bir cüt skelet tapdılar. Bu skeletlər digərlərindən fərqli idi. Üzləri bir-birinə dönmüşdü və vücudları iç-içə keçmişdi.

Araşdırmaçılar skeletləri görəndə bu bənzərsiz və romantik görüntüdən bir xeyli təsirləndiklərini bildirdilər. Bu kəşf internetdə sürətlə yayıldı və onlara "Valdaro Sevgililəri" adı qoyuldu. Sevgililər günündən bir gün əvvəl kəşf olunması,xüsusən, maraq oyandırdı.Bir çoxu üçün skeletlərin vəziyyəti,zamansız və trajik bir sonla qarşılaşan şanssız sevgililər "Romeo və Juliet"-in hekayəsini ağla gətirdi. Arxeoloqlar "Valdaro Sevgililərini" araşdırarkən qəribə bir kəşf etdilər.İlk olaraq,cütlük təxminən 6 min il əvvəl Neolit dövründə ölmüşdü. Neolit dövründə bu cür basdırılan skeletlər nadirdi və bu da cütlüyü daha da bənzərsiz edirdi. Digər fikirlər isə bu skeletlərin,gənc bir cütlüyə aid olduğu ilə bağlı idi. Hər ikisidə ölən zaman 20 yaşları vardı. Skeletlərdə hansısa bir şiddət izi yox idi və böyük ehtimalla, vücudları ölümlərindən sonra bu şəkildə yerləşdirilmişdi. İkisinində boyu təxmini olaraq 1.58 idi.

Gənc cütlük ilə bağlı bir çox teoriya ortaya atılsa da, təəssüf ki, gerçək hekəyəni bilmirik. Ancaq 6 min ildir bir-birindən ayrılmayan cütlük,kəşfdən sonra da ayrı qalmadı. Araşdırmaçılar skeletləri ayırmadan, bütün torpaq parçasını muzeyə apardılar."Valdaro Sevgililəri'-nin kəşfindən iki il sonra,İtaliyanın Modena kəndində qədim dövr məzarlığında işləyən arxeoloqlar,əl-ələ dəfn olunmuş başqa bir cüt skeletdə tapdılar ancaq Valadronun Sevgililərinin əksinə bu skletlər pis vəziyyətdə idi və bu da onlar haqqında cinsiyyətləri kimi bəzi məlumatları toplamağı çətinləşdirirdi. Yenə də gərgin araşdırmaların nəticəsində skeletlərin ikisinində kişi olduğu ortaya çıxdı. Ancaq araşdırmaçılar qədim dövrdə gey münasibət yaşayan insanların bərabər dəfn olunmasının görülməyən bir hal olduğunu dedi. Bu iki kişinin yaş olaraq oxşaması və dövrün şərtlərini göz önünə gətirdikdə.G ey cütlük teoriyası zəifləyirdi. Arxeoloqlar bu iki kişinin qardaş,qohum və ya müharibədə ölən əsgərlər olduğunu düşünürlər.

Mənbə: Habertürk

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et