Film bir maşın vasitəsilə tamaşaçıya göstərilən əsərdir. Kino termini olaraq, əsasən ssenari əsasında qəbuledici vasitəsilə filmdə təsvirlərin aşkarlanması hərəkət və təsvirin ardıcıl şəklinin qeydə alınması və ötürülməsi prosesini ifadə edir. Ən sadə izahda, bu, müəyyən bir müddət ərzində ağ ekranda və ya televizor və ya kompüter kimi cihazlarda canlı görüntülərin oynatıldığı ssenari əsaslı videodur.
Niyə bəzilərimiz filmlərə baxır və baxmağı zərurətə çevirir?
Bəzilərinin fikrincə, biz insanlar olaraq nağılları dinləməyi və danışmağı sevirik. İş o yerə çatıb ki, milyonlarla ildir mövcud olan bu adət əfsanə, dastan və romanlar doğurub. Bu fenomendə insan özünü qəhrəman kimi göstərməyi, hadisələri öz prizmasından araşdırmağı, həyatı ilə eyniləşdirməyi xoşlayır. O, öz həyatında edə bilmədiyi bütün arzuları, xəyalları hekayələrdə gerçəkləşəcək şəkildə təsəvvür edir.
Hekayə vasitəsilə şüuraltına salınmış duyğular, personajlar və düşüncələr üzə çıxır. Ona görə də bizim hekayələrə qulaq asmağı sevməyimiz və filmlərin sadəcə hekayələr, o cümlədən bədii ədəbiyyat olması filmlərə baxmağımızın əsas səbəbidir.

Filmlər insanlığın “nəyi itirmişik” sualına artıq cavab vermədiyi bir dönəmdə yaranıb, inkişaf edib. “Həqiqət itdi" düşüncəsini mənimsədiyimiz və ya mənimsətdiyimiz bir vaxtda filmlər həyatımıza daxil oldu.
Kino janrları və çeşidləri sözün əsl mənasında insanın xarakterini ortaya qoyur. Hər filmin izlənilə bilən səviyyəsi var, amma hamı heç də hər filmə baxa bilməz. Biri, komediya və yumorla dolu bəzi filmlərə baxarkən, digəri fantastik və elmi-fantastik filmləri gülünc və vaxt itkisi kimi görür. Heç kim bu insanları uzun müddət ekran qarşısında saxlaya bilməz.
Film izləyirik, çünki unutmaq istəyirik.
Filmlərə baxırıq, çünki xatırlamaq əvəzinə uzaqlaşmaq, dərinə dalmaq və hətta unutmaq istəyirik. Bəzən və ya bəzi zamanlarda xatırlamaq, bilmək, kəşf etmək və öyrənmək istəyirik. Bu və buna bənzər bütün ehtiyaclara əsaslanaraq, öz dünyamızda film izləmək ehtiyacı yaradırıq.
Mənbə: bizimkose.com
Tərcümə etdi: Bənövşə Bağırova
