Bu gün:

Pierre Cardin kimdir?


Pierre Cardin 2 iyul 1922-ci ildə İtaliyanın San Biagio di Callalta şəhərində, Venesiya tərəfində anadan olub. İki yaşında ikən ailəsi Fransaya köçdü. 14 yaşında St Etienne şəhərində məşhur bir dərzidən dərs almağa başladı. Parisdə memarlıq təhsili aldı.

Xüsusilə, 1960-cı illərdə “kosmik dövr”adı altında yaradılan avanqard və Futuristik moda dizaynları ilə tanınırdı. Pierre Cardin 1939-cu ildə Fransanın Vichy şəhərində qadın geyimləri hazırlamağa başladı.  İkinci Dünya müharibəsi zamanı Qırmızı Xaçda könüllü olaraq çalışdı. 1944-cü ildə Parisdə yaşamağa başladı. 1944-cü ildə La Paisdəki moda evində işə düzəldi. Məhz orada o, dövrün ən böyük Fransız moda evi olan Christian Dior-un  dərzi olmağa imkan verən  əsas peşəkar bilik və təcrübələrini qazandı.

1945-ci ildən sonra dünyanın ən məşhur dizaynerləri  ilə işləməyə başladılar.1947-1950-ci illərdə Christian Dior ilə işləyən madam Paken, Jean Cocteau, Christian Bernard və Pierre Cardin 1950-ci ildə öz salonlarını açdılar. 1953-cü ildə Maison de Couture-u açdı. 1954-cü ildə ilk qadın kolleksiyalarını nümayiş etdirən “Eve”, yəni “Həvva” adlı mağazasını açdı. 1957-ci ildə “Adam”, yəni “Adəm”adlı ilk kişi mağazasını açdı.

 

1959-cu ildə Yaponiyaya səyahət etdikdən sonra ilk hazır geyim kolleksiyasını təqdim etdi. 1963-cü ildə dar uyğun geyim tipli taytların bütün dünyaya yayılmasında rol oynadı. 1966-cı ildə , ABŞ-da ən çox satılan markalar arasında yer alan ilk uşaq kolleksiyasını dünyaya təqdim etdi. 1971-ci ildə Parisdə “Espace Cardin” mağazasını açdı. Beatles qrupu heykəltəraşlar və aktyorlar kimi bir çox rəssam icmalarına orijinal dizaynları təqdim etdi. 1980-ci ildə Nyu-Yorkdakı “Böyükşəhər Saat Muzeyi” ndə 30 illik işini nümayiş etdirən retrospektiv bir sərgi açdı. Həndəsi xətlərdən və plastik həcmlərdən istifadə edərək moda dünyasının söz ehtiyatını inkişaf etdirən modaçı 1981-ci ildə Parisdə Maxim restoranını aldı. Adı və əsərləri Çin Xalq Respublikasından Macarıstana, İngiltərədən Sovet İttifaqına qədər bütün dünyaya yayılan Cardin, yalnız geyimdə deyil, zərgərlik, ətir, restoran şəbəkəsi, ofis ləvazimatları kimi sahələrdə də dəb yaratmağa davam etdi.

1985-ci ildə fransız moda sənayesindən “Moda Oskar” mükafatını alan Cardin 1987-ci ildə Moskvada 10 min kvadratmetrlik bir mağaza açdı.

1980 və 1990-cı illərdə Pierre Cardin butikləri Sofiya, Paris, London, Pekin, Budapeştdə açıldı. Əvvəllər heç bir modaçının etmədiyi zərgərlik əşyalarına imza atdı. Yorulmadan bütün dünyanı gəzirdi.

Moda dünyasına öncülük edən Pierre Cardin, özündən əvvəl heç bir modaçının unisex konsepsiyasını kök salmaqla cəsarət etmədiyi mövzuları həll edərək özünü qurdu. Pierre Carden, 900-ci illərdən bu günə qədər 140 ölkədə 60 müxtəlif məhsul lisenziyası ilə ən tanınan ticarət nişanını yaratmağı bacardı.

1990-cı ildə “keçmiş / indiki / gələcək” kitabını yazan Pierre Carden, 1991-ci ildə UNESCO-nun mədəniyyət səfirliyinə seçildi. UNESCO-nun xeyrinə satmaq üçün “daş-qaş və Çernobıl medalı” hazırladı.

Milandakı Franco Satzani qalereyası, Fransız Gözəl Sənətlər Akademiyasına qəbul edilən və ölümsüzlüyü təmsil edən kral tacını yaradan ilk modaçı Pierre Cardini 2004-cü ildə trendetter adlandırdı. O, 98 yaşında 29 dekabr 2020-ci ildə Paris Xəstəxanasında öldü.

Mənbə: biyografi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et