Bu gün:

Maarifləndirici 10 maraqlı psixoloji fakt


İnsan psixologiyası düşündüyümüzdən daha mürəkkəb ola bilər. Bəzən ən sadə şeylər belə zehnimizi sıxışdıra bilir. İndi haqqında danışacağımız psixoloji faktlar sizdə fərqindəlik yaradaraq problemlərinizi həll etməyə kömək edə bilər. Maarifləndirici 10 maraqlı psixoloji faktı təqdim edirik:

Utancaq və introvert insanlar dostlarını daha çox sevirlər. Sevgi həyatlarında daha sadiqdirlər.

Araşdırmalar birdən çox yastıqla yatan insanların ümumiyyətlə daha üzgün və depressiyaya düşkün olduqlarını ortaya çıxarıb. 

Ən yaxşı məsləhəti verən insanlar çox vaxt həyatlarında ən çox problem yaşayanlardır.

Ağıllı insanlar münaqişələrdən uzaq olmağa meyillidirlər. Onlar hadisələrdən xəbərdardırlar, amma susurlar.

Həddindən artıq düşünmək beynin mənfi ssenarilər yaratmasına səbəb olur. Bu həm də ağrılı xatirələri xatırlamağa səbəb olur. 

Asan hirslənən insanlar, əslində, sevgiyə acdırlar. Bu insanlar sadə şeylərə belə həddindən artıq reaksiya verə bilirlər. Sevgi hər şeyin dərmanıdır.

Beynimiz bizi incidənləri 6-8 ayda bağışlayır. Beyin bu insanlar haqqında pis xatirələri silməyə meyillidir.

Həyatınızdakı hər şey sizə pis görünürsə, hər şey sizi narahat edirsə, yəqin ki, kimsə üçün çox darıxırsınız.

"Sabahınız xeyir" və "gecəniz xeyrə" mesajları beyninizdəki xoşbəxtlik sahəsini aktivləşdirir.

Uzun müddət tək qalmaq sağlamlığınıza gündə 15 siqaret çəkmək qədər zərərlidir.

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et