
Materialları insanlaşdıran, modernist dövrün tabularını pozan və köhnə və yeni memarlıq normalarını qarışdıran başqa bir ad. Sənətdən həndəsəyə, biologiyadan fəlsəfəyə qədər bir çox fərqli istiqamətləri memarlıq qutusunda əridən Louis Kahn haqqında!
Amerikalı memar və şəhər dizayneri Louis Isadore Kahn 1901-ci ildə Estoniyanın Saarama adasında anadan olub. Ailəsi 1905-ci ildə Filadelfiyada yerləşdi və 1915-ci ildə Amerika vətəndaşlığını aldı. Louis Kahnın musiqi və rəssamlıq istedadı hələ 7 yaşında olanda ortaya çıxdıqda, orta təhsilini Philadelphia Gözəl Sənətlər Akademiyasında aldı. Daha sonra Pennsylvania Universitetini bitirdi və 1924-cü ildə memar oldu. Peşəsinin ilk illərində mənzil dizaynı ilə maraqlanırdı. Onun əsl şöhrəti sonradır. Bu, İkinci Dünya Müharibəsinin sonunda, yəni 1940-cı illərin sonlarında baş verəcəkdir.
Louis Kahn əsərlərində ənənəvi və tarixi formaların birləşməsindən istifadə etmişdir. Simmetrik dizaynlar hazırlamışdı, amma qətiliklə simmetriyalı bir memar deyildi. Bunu Kahnın nöqteyi-nəzərindən bir işarə kimi qəbul etsək, belə bir nəticəyə gələ bilərik: modernizmin əzəmətini və ənənəvi memarlığın gözəlliyini (antik dövrün elementləri) birləşdirmək istədi.

Kahnın konsepsiyası yalnız bədii vizuallıqdan daha çox şey daşıyırdı. Simmetrik müstəvidə həm mədəni, həm də estetik kompozisiya yaratmaq istəyirdi. Beləliklə, dizaynda mis, keramika və ağac, polad və beton kimi elementlərdən istifadə edilmişdir.
Onu digər memarlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də quruluşa və materiallara yanaşması idi.
Kahn materialı insanlaşdırdı və bu baxış bir dövrdə iz buraxmaq üçün zəmin yaratdı.

Kahn üçün təbii işığın istifadəsi çox vacib idi. Kimbell İncəsənət Muzeyində təbii işığın saxlanması və istifadəsi ibrətamizdir. Bu layihədə o, fəsillərin dəyişməsini məharətlə təsvir etdi və tağların altında yerləşən səma işığı və altındakı alüminium reflektorlarla daim dəyişən təbii işıq siluetləri yaratdı.
1974-cü ildə Pensilvaniyada vəfat edən Kahnın şəxsi həyatı da ictimai maraq doğurdu. 2003 – cü ildə “my architect a son’s” filmində onun xaotik şəxsi həyatı seçilmiş cəmiyyətə təqdim edildi.
Mənbə: zoonmimarlik
Tərcümə etdi : Aysu Əsədova
