Bu gün:

Zaha Hadid kimdir


Qəliblərə sığmamaq, öz qaydalarını təyin etmək və gələcəyə gələcəyi vəsiyyət etmək ... İraq əsilli ingilis memar Zaha Hadid dünyanın ən məşhur qadın memarıdır.

Zaha Hadid 1950-ci ildə İraqın Bağdad şəhərində anadan olub və uşaqlığını burada keçirib. Atası Məhəmməd Hadid Qərb mədəniyyətinə rəğbət bəsləyən bir siyasi iş adamı idi. Səddam rejimi hökm sürməyə başladıqdan sonra ailəsi ilə əvvəlcə İsveçrədə, daha sonra İngiltərədə yaşamağa qərar verdi.

Zaha Hadid üçün London bir mərhələ oldu. Kollecdə riyaziyyat ixtisası üzrə irəlilədi. Ancaq ruhu bu qolu ənənəvi hesab edirdi. Zaha fərqli idi- yeni şeylər istehsal etmək istəyirdi. Beləliklə, 1972-ci ildə kolleci bitirdi və dərhal əfsanəyə çevriləcək memarlıq ilə məşğul olmağa başladı.

Məhz bu zaman Hadid 1980-ci ildə ilk memarlıq bürosunu açdı və iz qoyan işləri görməyə başladı. Vaxt keçdikcə onu digər memarlardan fərqləndirən sahəyə müraciət etdi: Dekonstruktivizm quruluşların bütövlüyünü pozan, səthlərində müxtəlif oyunlar yaradan, düz olmayan bucaqları dəyişdirən bu cərəyanın qabaqcıllarından biri oldu. Əslində, bunun təməlini qoyduğunu söyləsək də, səhv ifadədən istifadə etməzdik. Layihələrində kompüter dəstəyindən istifadə edərək və müxtəlif tikinti materiallarını qiymətləndirərək vəziyyəti dəyişdirdi. O, əyriləri və dalğaları imza üslubuna çevirdi. Bununla kifayətlənmədi, ancaq memarlıq və mühəndisliyi birləşdirərək tamamilə fərqli bir təkan yaratdı.

Məqalənin əvvəlində “gələcəyə gələcəyi vəsiyyət et” ifadəsini istifadə etdik. Bunun səbəbi Zaha Hadidin futuristik bir dünyagörüşünə sahib olmasıdır. Kosmik dövrü təsvir edən, ümumi qəbul edilmiş stereotiplərdən kənara çıxan əsərlər hazırladı. Bəzən tənqid olunsa da, məsələn: “Bəzi binaları bahalıdır və funksionallığı azdır” kimi ifadələrlə qarşılaşsa da, həmişə hörmətli bir memar olmuşdur.

Hadid təkcə binaların tikintisinə deyil, həm də dəniz gəmilərinin və sənaye mallarının tikintisinə öz töhfəsini verdi. Karyerası ərzində bir çox uğurlara imza atıb. Bununla birlikdə, onun üçün ən xüsusi, şübhəsiz ki, Pritzker Memarlıq mükafatı idi. 2004-cü ildə bu mükafatı alan ilk qadın memar kimi tarixə düşdü. Ada Louise Huxtable, dövrün Pritzker münsiflər heyətinin bir hissəsi: “Hadidin parçalı həndəsəsi və maye hərəkətliliyi mücərrəd dinamik gözəllikdən daha çox şey təmin edir; yaşadığımız dünyanı araşdıran və ifadə edən əsərlər toplusudur",- deyə bildirib.

Zaha Hadid 2016-cı ildə infarktdan dünyasını dəyişdi. Onun həyat məşəli 65 illik həyatına yazdığı əbədi əsərləri ilə yanmağa davam edəcəkdir.

Mənbə: Zoonmimarlık

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et