Bu gün:

Betonu gün işığına bağlayan Memar: Tadao Ando


1941-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olan Tadao Ando kobud betonu işıq, su və kölgə ilə birləşdirən dizaynı sayəsində müasir minimalist memarlığın ən görkəmli nümayəndələrindən birinə çevrildi.

Heç bir memarlıq məktəbini bitirməmiş  memar özü haqqında dedi: “Mən heç vaxt yaxşı tələbə olmamışam. Dərsdən kənarda özüm öyrənməyə üstünlük vermişəm. 18 yaşımda Kyoto və Naradaki məbədləri, ziyarətgahları və çay evlərini, bir çox təsirli ənənəvi memarlıq abidələrini araşdırmağa başladım. Memarlıq təhsili aldım, həqiqi memarlıq abidələrini ziyarət etdim və onlar haqqında kitablar oxudum".

Le Corbusier, Lüdviq Mies van der Rohe, Frank Lloyd Rayt və Louis Kahn kimi memarların əsərlərini öyrənmək fürsətindən istifadə edərək gənc yaşlarında bu səyahətlər zamanı Ando bu memarlar və onların əsərləri haqqında kitab oxumağı öyrəndi, həmçinin eskizlərini öyrəndi və 28 yaşında öz ofisini qurdu.

 

Ənənəvi Yapon dizaynı ilə müasir Qərb dizaynını birləşdirən Tadao Ando beynəlxalq müasir memarlığa yeni bir ölçü gətirir, təbii elementlərdən istifadə edərək kobud betonun sərtliyini  uyğunlaşdırmağı bacarır, vurğulananların təsirini artırır və topoqrafiyaya uğurla uyğun gəlir, minimalist yanaşmanı öz yolu ilə-yaratdığı işıq oyunu ilə şərh edir.

Ando imza kobud betonunu yalnız bir material olaraq deyil, həm də təcrübə üçün bir vasitə, birmənalı olmayan bir hiss və ya işıq üçün bir rəqs ortağı olaraq istifadə edərək: “Memarlıq dünyanı həndəsə ilə formalaşdırmaq sənətidir",– deyir.

Görünüşdən daha çox daxili duyğulara əhəmiyyət verən Zen inancının təsiri, xarici görünüşünün sadəliyi və daxili təəssüratların zənginliyi sayəsində məşhur bir memarın əsərlərində hiss olunur. Ando qeyd edir ki, sadəliyin gözəlliyini təmsil etmək üçün heç bir şey və boşluq da nəzərə alınmalıdır.

Bu günə qədər Yaponiyada və xaricdə 150-dən çox layihə həyata keçirildi, Tadao Ando və komandası Pritzker Memarlıq Mükafatı da daxil olmaqla bir çox Memarlıq və Dizayn Mükafatı qazandı.


Mənbə:arkitera

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et