Bu gün:

Bernard Buffet


Bernard Buffet( 1928) Fransız rəssamıdır. O, miserabilizmin, mücərrəd sənətə reaksiya və təsviri sənətin təbliğatının nümayəndələrindən biridir. Parisdə anadan olub. Çox gənc yaşlarında ictimaiyyətin və tənqidçilərin diqqətini çəkməyi bacarıb.

İlk fərdi sərgisini 1947-ci ildə açır və 1948-ci ildə Tənqidçilər mükafatını qazanır. 1940-cı illərdə Parisin aparıcı obrazlı rəssamlarından biri olur. İctimai həyatın ən kasıb, acınacaqlı  təzahürlərini təsvir edən miserabilizm hərəkatının təsiri altına düşür.


Adamlarını çılpaq və qapalı bir məkana yerləşdirən Buffett həddindən artıq düzlüklə mənzərəli elementlərdən istifadə edir, üslubunun xarakterik xüsusiyyətləri uzanan formalar, düz bucaqlı, cəsarətli, rahat naxış, qalın konturlarla haşiyələnmiş kədərli,  boz tonlar və torpaq tonlarıdır. Əvvəlcə, əsasən interyer və natürmortlar çəkir, daha sonra London, Paris və Nyu-York kimi şəhərlərin mənzərələrini çəkir. Din, tarix və folklor mövzularında seriallar hazırlayır. Həmçinim kitab təsvirləri də edib. Jean Cocteaunun La Voix humaine (“insan səsi”) belə əsərlərdən biridir. “passion” (İsanın sınaqları) mövzusunda bir sıra işləri də var.


Bernard Buffetin əsərləri:

Evin içi, 1950, Milli Müasir İncəsənət muzeyi, Paris;

Çarmıxa çəkilmə, 1951, Maurice Garnier kolleksiyası;

Müharibə dəhşətləri, 1954, Pierre Berge kolleksiyası;

Parisin mənzərələri, 1956-1957;

Joan of Arc ‘ ın həyatı, 1957-1958;

Quşlar, 1959;

St. Martin kanalı, 1956.


Mənbə: kimdirhayatieserleri

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et