
İlya Repin realist və naturalist üslubda görkəmli əsərləri ilə rus rəssamları arasında seçilir. Bolşevik inqilabından əvvəl Rusiyanın təlatümlü dövrlərini, köklü yoxsulluğunu, cəmiyyətin mozaika quruluşunu və Rusiya tarixinin əsas məqamlarını ən tanınmış rəsmlərində uğurla əks etdirən rəssam rəsm dünyasında mühüm yer tutmağı bacarıb.
İlya Repin 1844-cü ildə Ukraynanın Çuqev şəhərində olduqca kasıb və dövlətə işləmək məcburiyyətində qalan bir kəndli ailəsində anadan olub. Bununla birlikdə, sənətə və uğurlara olan həvəsi sayəsində mənsub olduğu sinifin divarlarını aşa bildi və o dövrdə Rusiyada layiqli bir yer tutdu, müəyyən mənada azadlıq qazandı.
Günümüzün sənət sevərlərinin Lev Tolstoy portretləri ilə tanıdığı İlya Repin ilk əsərlərini məktəb yaşında təqdim edilmiş və bu əsərlər o dövrün tənqidçiləri tərəfindən qiymətləndirilmişdir.
İlya Repin bir müddət Fransada incəsənət təhsilini davam etdirsə də, rus cəmiyyətində və o dövrün tarixində mərkəzi yer tutan tematik konsepsiyadan ayrılmadan əsərlərində realizm və naturalizmə sadiq qalaraq dövrün Avropasındakı impressionist tendensiyadan kənarda qaldı.

Repinin ilk önəmli işi 1873-cü ildə tamamladığı “Volqada qayıq çəkənlər” idi. Bu əsərdə rəssam öz dövrünün rəssamları arasında fərqlənməyi bacardı, həyatdan bezmiş, Volqada həyatını qazanan cəmiyyətin aşağı təbəqəsinə mənsub insanları möhtəşəm realizmlə əks etdirdi. Rənglərin harmoniyası və Repinin bu əsərindəki insan üzünün əks olunması sonrakı əsərlərinin xarakterik xüsusiyyətlərini də göstərir.

Repin daha sonra 1883-cü ildə tamamladığı “Kursk vilayətindəki dini ayin”lə də diqqət çəkməyi bacarır. Bununla birlikdə, Repin 1880-1890-cı illərdə dövrünün rus rəssamlıq sənətinin zirvəsinə aparan əsərləri, “Dəhşətli İvan və oğlu” rəsmləri ilə birlikdə “Gözlənilməz ziyarətçi” əsəri olmuşdur.

Repinin 1888-ci ildə tamamlanan “Gözlənilməz ziyarətçi” o dövrdə Rusiyada izləyicini demək olar ki, tamamilə ələ keçirir. Bu, II Aleksandrın repressiv rejimi və ölkədəki siyasi təlatümlərdən bəhs edən serialın son hissəsidir. Bu əsərdə həyatdan bezmiş, otağa girən arıq və solğun bir insanın gərgin üzü və evdə olanların qorxusu, şəklin ən diqqət çəkən məqamlarıdır. Rəsmin qiymətləndirməsinə görə, Repin bu rəsmdə siyasi səbəblərdən Sibirə sürgün edilmiş bir insanın uzun illər sonra ailə evinə qayıtmasını təsvir edib. O dövrdə Rusiyada “Sibirə sürgün” praktikasının yayılmasını nəzərə alsaq, yüzlərlə evdə baş verən bu səhnənin təsvir edilməsi bəlkə də, olduqca diqqətəlayiqdir.

İlya Repinin bu gün ən məşhur və bir çox tənqidçiyə görə ən vacib əsəri sayılan rəsm əsəri 1885 – ci ildə tamamladığı “Dəhşətli İvan və oğlu İvan” dır. Bu əsərdə Repin, Rusiyanın dövlət sisteminə və siyasi hakimiyyətinə verdiyi töhfələrdən daha çox iddialı və qəddar şəxsiyyəti ilə tanınır. İvan oğlunu bir anlıq qəzəblə öldürdükdən sonra az qala yuvalarından çıxacaqmış kimi görünən gözlərindəki dəhşəti və vəliəhd İvanı ölümə gedərkən gözlərində donmuş ümidsizliyi böyük ustalıqla təsvir etdi. İlya Repin əsərdə təsvir etdiyi bu ifadələrlə sənət tarixinin ən məşhur rəsmlərindən birinə çevirdi. Əsər tamaşaçı üçün böyük narahatlıq doğurur, çünki ölüm dəhşətini ustalıqla əks etdirir. Repinin bu əsəri digər əsərlərindən 1500-cü illərin mövzusuna həsr olunması ilə fərqlənir.

İlya Repinin son vacib əsəri 1891-ci ildə tamamladığı türk sultanı “ IV Mehmetə məktub yazan Zaporojya qazaxları”dır. Bu əsərdə Repin Osmanlı-Rus müharibəsində türk olmasına baxmayaraq, Osmanlı imperiyasını dəstəkləməkdən imtina edən Zaporojya qazaxlarının IV Mehmeti ələ salaraq yazdıqları bir məktubu təsvir edir. Bu işdə qazaxların mədəniyyətini və geyimini daha yaxşı göstərmək üçün Repin zaman-zaman Zaporojyaya səyahət etdi və bir müddət bu ərazidə qalıb.
Mənbə: gazetebilkent
Tərcümə etdi: Aysu Əsədova
