Bu gün:

WhatsApp-dan sildiyini 'geri al' funksiyası


Aparıcı mesajlaşma proqramlarından biri olan WhatsApp, yeni xüsusiyyəti ilə istifadəçilərin qarşısına çıxdı. Yalnız xəta nəticəsində silinmiş mesajlar geri qaytarmaq üçün proqramın mesajlaşma bölməsində "geri qaytarma" düyməsi əlavə edildi.

Hər şeydə olduğu kimi bu gün də mesajlaşma sürətimiz xeyli artıb. Eyni anda çox şey edirik, bir çox insana mesaj göndəririk. Bu vəziyyətdə səhv mesaj göndərmək qaçınılmazdır. Aparıcı mesajlaşma proqramı WhatsApp da bunun üçün mesajları silmək imkanını təqdim edib. Bununla belə, silinmiş mesajların "Hər kəs üçün sil" və "Mənim üçün sil" kimi iki fərqli variantı da var...

Mesaj yalnız "Məndən silin" kimi qeyd edildikdə, qarşı tərəf hələ də onu görə bilər, lakin yalnız şəxsin öz telefonundakı mesaj yox olur. İstifadəçilərin böyük əksəriyyəti isə qarşı tərəfdən silmək istədikləri mesajları yalnız özlərindən silir.

WhatsApp-dan bu problem həll edən “undo”-“geri al” funksiyası gəldi.

Şirkətin baş icraçı direktoru Vill Çətçart, Twitter hesabında-"Hər kəsdən silmək istədiyiniz, lakin təsadüfən özünüzdən sildiyiniz mesajları geri qaytarmaq üçün "geri al" seçimini əlavə etdik"-dedi və tətbiqin tamamilə yeni xüsusiyyətini açıqladı.

Beləliklə, istifadəçilər təsadüfən yalnız özlərindən sildikləri mesajları geri qaytara və hər kəs üçün silmə seçimini seçə biləcəklər. Ancaq bu yeni xüsusiyyətə baxmayaraq, hər kəsdən silinmiş mesajları bərpa etmək kimi bir şey yoxdur.

Mənbə: Habertürk

Tərcümə etdi: Hüseyn İlyasov


Paylaş
Şərh əlavə et