Bu gün:

Bob Ross kimdir?


Bob Ross yarım saat ərzində təbiəti çəkdiyi “rəssamlığın sevinci” adlı çoxillik proqramı ilə tanınırdı. Rossun ölümündən sonra Bob Ross Inc. Mülkiyyət Kovalskisə keçdi. 3 dəfə evlənən Rossun 2 oğlu var idi. 29 oktyabr 1942-ci il təvəllüdlü sənətçi 1995-ci ildə 53 yaşında xəstələndiyi limfa düyünləri xərçəngi səbəbiylə öldü. Bəs, Bob Ross kimdir?

ABŞ-dan olan rəssam və televiziya şəxsiyyəti Bob Norman Ross 29 oktyabr 1942-ci ildə anadan olub. Yarım saat ərzində təbiəti çəkdiyi “rəssamlığın sevinci” adlı çoxillik proqramı ilə tanınırdı.

14 yaşında atasının dülgərlik emalatxanasında işləyərkən sol şəhadət barmağının bir hissəsini itirdi və təhsilini yarımçıq qoydu. 18 yaşında baş çavuş rütbəsinə yüksələrək ABŞ Hərbi Hava Qüvvələrində xidmətə girdi. Bir semestr Alyaskaya getdi və burada təbiətin gözəlliyinə heyran olaraq rəsm çəkməyə başladı. Ordudan ayrıldıqdan sonra özünə söz verdi ki, heç kimə qarşı kobud davranmayacaq və qışqırmayacaq.

1970-ci illərdə rəssam Bill Alexander tərəfindən hazırlanmış yaş rəsm texnikasından məhəbbətlə istifadə etməyə başladı. Bu texnikada həm boyanın özü, həm də kətan nəm idi və rəsmlər daha sürətli bitirilə bilərdi. Billin “Yağlı boya sehri” şousunu daim izləyirdi. Daha sonra onun himayəsi altında işləməyə başladı və “Rəsm Sevinci” proqramının ilhamçısı oldu.

1982-ci ildə Uolt və Annet Kovalski Bobla tanış oldular. Cütlük Rossun texnikasını bəyəndi və proqramı hazırlamaq üçün tanış prodüserlərə müraciət etdi. Rossun proqramı gözləniləndən daha çox diqqət çəkdi. Hər gün yüzlərlə məktub alırdı və çox vaxt insanlar ona yaşadıqları şəhər və kəndlərin şəkillərini göndərərək növbəti hissədə çəkməsini xahiş edirdilər. Ross PBS-də çıxış edərkən pul almadı. Çünki bu kanal artıq dövlət yardımı və ianələr hesabına işləyirdi. Ross bu müddətdə maddi çətinliklərlə üzləşdi. Yaşamaq üçün istəməsə də rəsmlərini satmağa başladı, eyni zamanda, çəkilmiş rəsmlərdən əldə etdiyi gəlirin yarısını kanala bağışladı. Heç bir maaş almadı və proqramlara rəhbərlik edərkən kanala pul bağışladı. Daha sonra eyni adlı Bob Ross şirkətini qurdu və rəsm çəkməyi öyrədərkən video lentlər, boyalar, fırçalar və rəsm alətləri satmağa başladı. Bundan əlavə, kitabları var. Perma etdiyi qıvrım saçları bir simvol halına gəldi və sonradan bu saç düzümündən bezsə də, bu şəkildə tanındığı üçün saç düzümünü dəyişdirmədi. Dünyadakı populyarlığı sayəsində bir çox ölkəni ziyarət etdi. Ancaq bu illər ərzində səhhəti də pisləşdi. Ömrünün sonunda MTV-də maaş alaraq görünməyə başladı və qurduğu şirkət də yaxşı pul qazanmağa başladı, lakin Rossun səhhəti pisləşdi.

Proqramlarında Hər şəklin 3 versiyasını çəkirdi.Proqramdan əvvəl hazırlaşmaq üçün bir versiya, proqram zamanı bir versiya və proqramdan sonra son hissələrdə göstərmək üçün bir versiya var idi. Hazırladığı televiziya proqramları hələ də bütün dünyada yayımlanır. Bu gün onun şirkəti hələ də fəaliyyət göstərir və Netflix-də yayımlanan epizodlardan pul alır. Bundan əlavə, şirkət Bob Rossun Youtube kanalı tərəfindən də idarə olunur. Videoları bir çox dilə tərcümə edildi və bir çox ölkədə yayımlandı. Ross bu nəşrlərdən heç nə almadı.

Sənətçi 1995-ci ildə yoluxduğu limfa düyünləri xərçəngindən öldü. Rossun ölümündən sonra Bob Ross Inc. Mülkiyyət Kovalskisə keçdi. 3 dəfə evlənən Rossun 2 oğlu var idi. Ailə heç bir şəkildə şirkətdə hüquq tələb etmirdi, oğlu rəsmlə maraqlanmırdı. Bob Rossun ailəsi onu xatırlamadı.

Mənbə: Hurriyet

Tərcümə etdi: Aysu Əsədova


 


 


 


 



 

Paylaş
Şərh əlavə et