Bu gün:

La-Manş tuneli necə yarandı?


La-Manş tuneli Fransa və İngiltərəni birləşdirir və bu  tunelin inşası iki ölkənin birgə fəaliyyəti ilə hazırlanmışdır. Bu tunel La-Manş boğazı altından keçir.


La-Manş tuneli nə vaxt tikilib?

Tunelin tikintisi 1800-cü illərdən bəri müzakirə olunan mövzulardan biridir. Səbəb isə La-Manş boğazının dibinin təbaşir qayalarından ibarət olması və tunellərin asanlıqla inşa edilə bilməsidir. Beləliklə, fransız mühəndisi 1802-ci ildə Dover boğazında iki sahili birləşdirən tunelin tikintisini təklif etdi. Napoleonun bəyəndiyi təklif müharibə səbəbindən təxirə salındı. Bu cür təkliflər 19-cu əsrdə dəfələrlə gündəmə gəldi. 1880-ci illərin əvvəllərində bəzi özəl təşkilatlar iki sahil arasında dəmiryolu tuneli tikmək üçün qazıntı işlərinə başladılar. Tunel 1800 m hündürlüyə çatdıqdan sonra layihənin Britaniya üçün təhlükəli olması ilə əlaqədər olaraq   tikinti dayandırıldı.


1960-cı illərin ortalarında Fransa və İngiltərə hökumətləri tunelin yenidən tikintisinə razılaşsalar da, sonra İngiltərə yüksək xərcləri əsas gətirərək 1970-ci illərdə tikintini dayandırdı. Bu müddət ərzində tunelin hər iki tərəfindən 2,4 km qazılıb. Tunelin tikinti mövzusu 1986-cı ildə yenidən gündəmə gəldi. Beləliklə bir neçə bankdan borc götürmək və səhmlər yaratmaqla tikinti davam etdirildi.


Dover və Kalais boğazlarını birləşdirən tunel 50,5 kilometr uzunluğundadır və 6 may 1994-cü ildə açılmışdır. La-Manş tunelinin tikintisində 14.000 işçinin iştirak etdiyi bu layihədə tonlarla daş, torpaq və palçığın qazılması üçün qazıntı maşınlarından istifadə edilmişdir.  Hər iki boğazdan qazıntı işləri davam edirdi. Onların hər biri lazer şüasının köməyi ilə idarə olunurdu. Tunelin sualtı hissəsinin uzunluğu 38 kilometrdir.


Mənbə: Milliyet.com.tr

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et