Bu gün:

"YouTube" necə yarandı?


Steve, Chad və Jawed-in təşəbbüsü ilə qurulan ən böyük video paylaşma saytı olan YouTube, Broadcast Yourself şüarı ilə həyatımıza necə daxil oldu?

YouTube keçmiş PayPal əməkdaşları Steve Chen, Chad Hurley və Jawed Karim tərəfindən təsis edilib. Hurley Pensilvaniya ştatının İndiana Universitetində dizayn üzrə bakalavr dərəcəsinə, Çen və Kərim isə Urbana Şampandakı İllinoys Universitetində kompüter elmləri üzrə bakalavr dərəcəsinə malikdir.

Mediada tez-tez təkrarlanan bir hekayəyə görə, Hurley və Chen 2005-ci ilin ilk aylarında YouTube saytını işə salmaq fikrini ortaya atdılar. Buna onların Çenin San-Fransiskodakı mənzilində şam yeməyi zamanı çoxlu video çəkmələri və videoları paylaşmaqda problem yaşamaları səbəb olub. Kərim məclisdə iştirak etməyib. Və hadisələrin belə baş verdiyini təsdiq etmədi. Lakin, Çen Youtube ideyasının şam yeməyi zamanı tapıldığını təsdiqlədi.

YouTube əvvəlcə sahibkarlıq maliyyəsi ilə başlayan bir texnologiya idi. 2005-ci ilin noyabrından 2006-cı ilin aprelinə qədər Sequoia Capital şirkəti tərəfindən 11,5 milyon dollarlıq ilk investisiyasını aldı. YouTube-un ilk illərində baş ofisi San Mateo şəhərində bir pizzacı və yapon restoranının üstündə idi.

2006-cı ilin noyabrında Google tərəfindən 1,65 milyard dollara satın alınan YouTube, ABŞ-ın Kaliforniya ştatının San Bruno şəhərindəki, yeni ofisi ilə bu gün də Google-un bir şirkəti olaraq fəaliyyətini davam etdirir.

İlk YouTube videosu saytın həmtəsisçilərindən biri olan Jawed Kərimin San Dieqo Zooparkında çəkilmiş və paylaşdığı "Mən Zooparkda"dır.

YouTube istifadəçilərə 144p, 240p, 360p, 480p, 720p, 1080p və 4K baxış seçimləri təklif edir. Hazırda ən son texnologiya olan 8K sistemi beta olaraq istifadə olunmağa başlayıb.

YouTube-un hazırkı baş direktoru Susan Wojcickidir.

2013-cü ilin məlumatlarına görə, ayda 3 milyarddan çox insanın axtardığı YouTube-un ayda 1 milyard unikal ziyarətçisi var və daha çox 18-34 yaş arası insanlar tərəfindən izlənilir. İstifadəçilər dəqiqədə 100 saat video yükləyir və ayda 6 milyard saat izləyirlər. "YouTube" bir ölkə olsaydı, əhalisinin görə Çin və Hindistandan sonra üçüncü böyük olardı.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et