Bu gün:

Məktəbə getmək yaşı - Psixoloq Nuriyyə Quliyeva ilə "1 sual, 1 cavab"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi "Peşəkar" psixologiya mərkəzinin rəhbəri Nuriyyə Quliyevadır. Mütəxəssis uşaqların məktəbə başlamaq yaşının onların psixologiyasına təsirindən danışıb.



Uşaqların 6 yaşdan tez məktəbə getməsi onların gələcək həyatına necə təsir edir ?

-Bəzən valideynlər psixoloji və bilik baxımından uşaqları  hazır olmasa da,  yaşıdlarından geri qalmaması üçün övladlarını erkən yaşda məktəbə göndərirlər. 5 yaş uşaqların təbiətində oyun oynamaq yaşı sayılır. Lakin bəzi valideynlər onları təhsilə yönləndirirlər. Bu, uşaqlarda psixoloji yüklənməyə, nəticə etibari ilə həyəcan, qorxu, təşviş və.s kimi psixoloji problemlərə səbəb olur. Məktəb yaşı üçün ən ideal yaş  6-7 yaşdır. Müəyyən fəaliyyət növləri var ki, bunlar hər yaş növü üçün dəyişkən olur. Təlim fəaliyyət növü isə daha çox 6-7 yaşdan sonra başlayır.


Səadət Quliyeva

Paylaş
Şərh əlavə et