Bu gün:

Çimərlik çantanızda nələr olmalıdır?


Çimərliyə getməzdən əvvəl  mütləq çantanıza nə qoyduğunuza diqqət etməlisiniz. 

Ehtiyat vasitələri:
Dənizdən çıxarkən islanmamaq üçün həmişə yanınızda quru bikini və ya çimərlik paltarı olsun. Çimərlikdə geyinmək üçün çimərlik çantanıza pareo və ya paltar daxil edin.

Dəsmal:
Təbii ki, çimərlik çantasında dəsmallar olacaq. Dəsmalınızın çox suyu dəf etməyən yüngül materialdan olmasına əmin olun.

Aksesuarlar:
Özünüzü günəşdən qorumaq üçün çantanızda həmişə eynək və çanta saxlayın. Bandana ilə müxtəlif üslubları da sınaya bilərsiniz. 

Günəşdən müdafiə:
Çimərlik çantasının olmazsa olmazı təbii ki, günəş kremləridir. Üzünüz üçün günəş kremi seçərkən mütləq dəri tipinizi nəzərə almalısınız. Günəşdən qorunarkən qaralmaq istəyirsinizsə, qoruyucu faktorlu yağları seçə bilərsiniz. Dodaqlarınızın günəşdən zədələnə biləcəyini unutmayın və həmişə qoruyucu dodaq balzamından istifadə edin.

Saç qulluğu:
Saçınızın quruluşunu və parlaqlığını qorumaq üçün dənizdən çıxdıqdan sonra mütləq qulluq etmək lazımdır. Nəmləndirici yağlar və ya kremlərlə qulluq edə bilərsiniz. Saçlarınız boyanıbsa, xüsusilə boyanmış saçlar üçün hazırlanmış məhsullara baxın ki, saçlarınızı UV şüalarının zərərli təsirlərindən qoruyasınız. 

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et