Bu gün:

Yadplanetli varmı?


Xüsusilə, ABŞ- da daim həyəcan yaradan və ictimaiyyət arasında bir çox hekayələrə mövzu olan UFO-lar illər keçdikcə elm aləmində də öz yerlərini tapdılar. Kosmos deyincə ağla gələn ilk qurum olan NASA, nəhayət, bu mövzuda tarixdə ilk elmi araşdırmanı bizimlə paylaşdı.

Uçan boşqab dediyimiz UFO-larla bağlı bütün dünyada müzakirələr getsə də, NASA tarixində buna aid açıqlama vardır.

Komandanın bu araşdırma ilə əsas məqsədi " UFO-lar kimi tanınan Naməlum Hava Fenomeninin təbiətini anlamaq üçün NASA nə etməlidir?" sualına cavab vermək istədiyini bildirdi.

Bu nöqtədə Pentaqonun Bütün Ərazilərdə Anomaliyaların Həlli Ofisinin (AARO) direktoru Dr. Şon Kirkpatrik əldə etdiyi görüntüləri NASA ilə paylaşıb.

AARO-nun son tapıntılarını elm adamları ilə bölüşən Kirkpatrick, "Biz bütün dünyada yüzlərlə UFO ilə qarşılaşdıq" ,- dedi. Onu da qeyd edək ki, o, bu ifadə ilə çox maraqlı manevrlər edən naməlum obyektlərdən bəhs edir.

Kirkpatrickin təqdim etdiyi şəkillərdən biri 2022-ci ildə Yaxın Şərqdə aşkar edilmiş naməlum uçan boşqab formalı obyektdir.

Çözümsüz qeydlər arasında olan bu görüntülərdən sonra oxşar nümunələri göstərən Kirkpatrick, NASA ilə əməkdaşlıq edərək bu obyektlər üzərində çalışdıqlarını ifadə etdi.

Buna baxmayaraq, "Biz planetimiz və kainatın işləməsi haqqında çox şey öyrəndik, lakin hələ bilmədiyimiz çoxlu həqiqətlər var". Bu təfsirlə imkanların qapısı açıq qaldı.

Nəticədə NASA tarixdə ilk dəfə UFO-larla bağlı açıqlama verib və yadplanetlilərlə bağlı heç bir dəlil olmadığını bir daha bəyan edib.

Mənbə: Onedio.com 

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et