
ABŞ-ın aparıcı texnologiya şirkətlərindən biri olan “Apple” istifadəçilərinə enerji yığmaq üçün qoşulduqları cihazları ilə uzun müddət təmasdan çəkinmələri barədə xəbərdarlıq edib.
Apple-ın internet saytında iPhone əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı "iPhone üçün vacib təhlükəsizlik məlumatı" başlığı altında telefonlarını bir gecədə dolduran insanlar üçün xəbərdarlıqlar var. “Apple” istifadəçilərə “Cihaz işlək və ya enerji mənbəyinə qoşulmuş halda olarsa, enerji adapteri və ya simsiz şarj cihazı ilə uzun müddət dəri təmasından qaçmağı tövsiyə edir. Xəbərdarlıqlarda cihazın enerji təchizatına qoşulmuş şarj kabelinin və birləşdiricisinin dərisi ilə uzun müddət təmasın və havalandırılmayan yerlərdə olmanın narahatlıq və ya zədə yarada biləcəyi qeyd edilib. İstifadəçilərə məlumat məktubunda; Həmçinin onlara cihazlarını, simsiz şarj cihazını və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
