Bu gün:

Bu testlərdə robotlar insanlardan daha üstündür


Bəzi internet saytlarında ekranda adam olub-olmadığını anlamaq üçün istifadəçilərə təqdim edilən “captcha”+ testlərindəki müvəffəqiyyətləri ilə botlar diqqət çəkib. Artıq botlar onlarla insanlar arasındakı məsafəni bağlayır.

Veb saytları tərəfindən həqiqətən insan olduğunuzu yoxlamaq üçün istifadə edilən "captcha" testləri bəzən çaşqınlıq yarada bilər. Buraya səhv hərfləri müəyyən etmək, müəyyən elementləri ehtiva edən şəkillərə klikləmək və ya sadə toplamalar daxildir.

Testlərin keçirilməsində məqsəd insanların saxta hesab açmasının qarşısını almaqdır. Ancaq bu testlər bəzən insanları çaşdıra və ya əsəbiləşdirə bilər. Hətta Reddit-də çətin sınaqları vurğulayan ayrıca bir səhifə də var.

İndi araşdırmalar bu testlərin çox da uğurlu olmadığını müəyyən edib.  Yeni araşdırma botların performansını 14 000 testdən keçmələri tələb olunan 1400 insanın performansı ilə müqayisə etdi və robotların ardıcıl olaraq qalib gəldiyi ortaya çıxıb.

Məsələn, insanlardan səhv mətn captcha testlərini həll etmələri istənildikdə, onlar 9-15 saniyə çəkdilər və zamanın 50-84 faizi arasında düzgün cavab verdilər. Botlar isə eyni testləri bir saniyədən az müddətdə tamamlayaraq 99,8 faiz dəqiqliyə nail olublar.

Mənbə: Sözcü 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et