Sosial mediada olduğu kimi heç vaxt şəxsi məlumatlarınızı ChatGPT və oxşar süni intellekt alətləri ilə paylaşmayın.

Bu texnologiyanın nə edə biləcəyini, ChatGPT-yə yazdığınız məlumatların harada və nə qədər müddətə saxlanılacağını hələ bilmirik. Ona görə də kimlərin sui-istifadə edə biləcəyi ilə bağlı dəqiq proqnozlar verə bilmirik. Bu səbəbdən ChatGPT-də adınızı, ünvanınızı, telefon nömrənizi, şəxsiyyət və yaxınlarınızın şəxsi məlumatlarını yazmayın. Onsuz da bu məlumatı təqdim etməyinizə ehtiyac yoxdur.
Unutmayın ChatGPT yanlış məlumat verə bilər!
ChatGPT internetdən alınan məlumatlar əsasında hazırlanır. Bu məlumatlara saxta xəbərlər, yalan və uydurma məlumatlar daxildir. Ona görə də ChatGPT-nin cavablarında yalan və uydurma məlumatlar ola bilər.

Bundan əlavə, bəzi hallarda ChatGPT tamamilə uydurma məlumat və ya qəribə cavablar verə bilər. Bunlara "halüsinasiyalar" deyilir. ChatGPT-dən əldə etdiyiniz məlumatlara 100% etibar etməməlisiniz. Bu məlumatı digər etibarlı mənbələrdən mütləq təsdiqləməlisiniz. Məsələn, şübhəli məlumatınız varsa, onu dərhal axtarış sistemlərində axtarmalı və təhlükəsiz mənbədən yoxlamalısınız.
Kopyalamayın!

ChatGPT ilə edə biləcəyiniz ən pis şey ona ev tapşırığınızı etdirməkdir. Bu, iki cəhətdən çox əlverişsizdir: Birincisi, belə etməklə müəlliminizi aldada bilərsiniz. Ancaq bu prosesdə öyrənməli olduğunuzu öyrənə bilmədiyiniz üçün bunun imtahanlarda sizə heç bir faydası olmayacaq. Ola bilsin ki, bir neçə ev tapşırığı etməkdən xilas olacaqsınız, amma bu, təhsil həyatınıza pis təsir göstərəcək. İkincisi, ChatGPT sizə qeyri-dəqiq məlumatı ehtiva edən orta cavab verə bilər. Digər dostlarınız eyni üsuldan istifadə etdikdə, müəllimləriniz bunun dublikat məzmun olduğunu asanlıqla başa düşəcəklər. Aldatmaq əvəzinə, ChatGPT-dən istifadə edərək qısa müddətdə öyrənərək ev tapşırığınızı edə də bilərsiniz. Unutma! Süni intellekt alətlərindən məharətlə və səmərəli istifadə edə bilənlər daha sürətli işləyə, daha uğurlu və bəlkə də, ən əsası özlərinə daha çox vaxt ayıra biləcəklər.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
