Bu gün:

“Bütün kateqoriyalar üzrə artım görürük”


 24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı iqtisadi ekspert Xalid Kərimlidir. Xalid Kərimli qida sektorundakı artımlardan danışıb. 

- Azərbaycanın qida sektorunda hazırda ən çox hansı qidalarda qiymət artımları var? 

 Son 12 aylıq qiymətlərə baxdıqda ümumi inflyasiya 12,7 %-dir, ərzaq qiymətlərində artım 15,6 %-dir, qeyri ərzaqda artım 11,4 % , xidmətlərdə 10,5 %, spirtli içkilərdə isə 4,5%-dir. Əsas inflyasiyanı ərzaq qiymətləri qaldırır. Bu da kasıb əhaliyə ciddi təsir göstərir. Ərzaq məhsulları bütün kateqoriyalar üzrə artıblar. Son 1 ildir ki,  taxılın qiyməti düşüb. Amma taxıl 2019-cu illə müqayisədə 2 dəfəyə qədər bahalaşıb. Bunu aldığımız çörəyin qiymətindən də görə bilərik. Əksər süd sənayesi məhsulları - yağ, pendir bahalaşıb. Ətin qiymətində də artımlar var. Bahalaşmanın həm ümumi, həm də fərdi səbəbləri var. Pandemiya dövründən sonra daşıma xərcləri kəskin bahalaşdı. Bundan əlavə tələbat sürətli artdı. Pandemiyada ərzaq qıtlığı olduğuna görə, dövlətlər depolaşmaya getdi, pandemiya ilə əlaqədar əlavə xərclər ortaya çıxdı. Tələb və təklifin disproporsiyası yarandı. Qida istehsalçıları da bundan istifadə etdilər və inflyasiya yarandı. İnflyasiya ardınca da qiymətlər çoxaldı. Ət məhsulları 2-3 il bundan əvvəllə müqayisədə 50 faizə qədər bahalaşıb. Əvvəl ətin kilosu 10-11 manat idisə, indi 17-18 manat aralığındadır. Toyuğu 4-5 manata alırdıqsa indi 8-9 manata alırıq. Bəziləri kəskin şəkildə bahalaşdı, sonra biraz stabilləşdi. Bəziləri isə yavaş-yavaş bahalaşır. Məsələn, 2020-ci ildə çörəkdə kəskin bahalaşma getdi. 2022-ci ilin ortalarında eniş başladı. 

Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et