Bu gün:

Dünyanın ən kiçik ölkələri


Dünya, əslində, həm kiçikdir, həm də böyükdür...

 Təyyarələr sayəsində dünyanın getmək istədiyiniz istənilən nöqtəsinə qısa zamanda çatmaq artıq xəyal deyil. Təbii ki, nə qədər istəsəniz də, ziyarət edə bilməyəcəyiniz qadağan olunmuş məkanlar istisna olmaqla. Bir ömür boyu dayanmadan səyahət etsəniz belə, hər zaman kəşf ediləcək bir yer olacaq. Dünyanın nə qədər böyük olduğunun sübutu budur. Amma bu yazıda biz dünyanın böyüklüyü haqqında deyil, yaşadığımız planetdən asılı olmayan dünyanın ən kiçik ölkələri haqqında məlumat verəcəyik. İndi isə geriyə saymaqla dünyanın ən kiçik 10 ölkəsi ilə tanış olaq.


10. Malta

Malta ən kiçik ölkələr siyahısında 10-cu yerdədir. 316 km² sahədə qurulan Malta Aralıq dənizində yerləşir. İtaliyanın cənubunda və Tunisin şərqində yerləşən bu ölkə ümumilikdə 5 adadan ibarətdir.

9. Maldiv adaları

Maldiv adaları insanların çoxunun görməli olduğu ölkədir. Təmiz dənizi və romantik atmosferi ilə tanınan Maldiv adaları həm də Asiya qitəsinin ən kiçik ölkəsidir. Sahəsi 298 km² olan Maldiv adaları Hindistanın cənubunda Hind okeanında yerləşən təxminən 1200 adadan ibarət ölkədir. 

8. Saint Kitts və Nevis

Karib dənizində, Puerto-Rikonun cənub-şərqində yerləşən Saint Kitts və Nevis ölkəsi 261 km² ərazini əhatə edir. İki adadan ibarət olan Saint Kitts və Nevis təxminən 55 min əhalisi olan ölkə dənizlə tanış olmaq istəyən turistlərin diqqət mərkəzindədir. 

7. Marşal adaları

Marşal adaları, 181 km² səth sahəsi ilə şimali Sakit okeanın ortasında yerləşən bir ölkədir. Marşal adaları 1940-1950-ci illərdə ABŞ-nin adalar yaxınlığında həyata keçirdiyi nüvə bombası sınaqlarına görə zərərli və çirklənmiş ərazilərdən biri hesab edilir.

6. Lixtenşteyn

Avstriya ilə İsveçrə arasında yerləşən Lixtenşteyn 160 km² əraziyə malikdir. Tamamilə Alp dağlarında yerləşən yeganə ölkə olan Lixtenşteynin təxminən 37 min əhalisi var. Ölkə həm də yüksək rifah səviyyəsi ilə tanınır.

5. San Marino

61 km² səth sahəsi ilə San Marino Avropa qitəsinin 3-cü ən kiçik ölkəsidir. İtaliya daxilində kiçik bir ölkə olan San Marinoda hava limanı yoxdur. Ona görə də ölkəyə İtaliyadan avtomobil yolu ilə çəkmək lazımdır.

4. Tuvalu

Dəniz səviyyəsinə ən yaxın ölkələrdən biri olan Tuvalunun ən yüksək nöqtəsi dəniz səviyyəsindən cəmi 4,5 metr yüksəklikdədir. Sakit okeanda 26 km² ərazidə yerləşən Tuvalu həm də ərazisində 10 min vətəndaşı ilə dünyanın ən az məskunlaşdığı ölkələrdən biri kimi tanınır. 

3. Sakit okeanın cənubunda yerləşən Nauru 

Nauru ölkəsinin sahəsi 21 km²-dir. Turizmin inkişaf etmədiyi və dolanışığını mədənçiliklə təmin etdiyi Nauru kiçik ölkələr sırasında olan Tuvalu kimi əhalisi az olan ölkələrdən biridir. 

2. Monako

Fransanın cənub-şərqində sahildə yerləşən Monako cəmi 2 km² ərazidə inşa edilmiş ölkədir və onu dünyanın 2-ci ən kiçik ölkəsi edir. Hava limanı olmayan ölkəyə getmək üçün yoldan istifadə etməlisiniz. Monakoya getməyin ən qısa yolu təyyarə ilə Fransanın Nitsa şəhərinə çatmaq və daha sonra Monakoya getməkdir.

1. Vatikan

Bu da “ Dünyanın ən kiçik ölkəsi hansıdır?" cavabı! Sahəsi 0,44 km² olan Vatikan, İtaliyanın Roma şəhərində yerləşən şəhər-dövlətdir. Ölkə vizasız olsa da, Vatikana birbaşa nəqliyyat yoxdur. Bu səbəbdən İtaliyaya gedəndə, yəni İtaliya vizası ilə ölkəyə daxil ola bilərsiniz.

Mənbə: Ege yapı blog

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et