Bu gün:

Həddindən artıq istilər turizm sənayesi üçün təhlükə yaradır


Turizm sektorunun nümayəndələri qlobal istiləşmə səbəbindən tezliyi artan ekstremal temperaturların və meşə yanğınlarının uzunmüddətli perspektivdə turizm sektorunda daimi dəyişikliklərə səbəb ola biləcəyini proqnozlaşdırırlar.

Meşə yanğınları səbəbiylə 19.000-dən çox turistin təxliyə edildiyi Yunanıstanın Rodos adası, iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin həm iqtisadi, həm də ətraf mühitlə bərabər humanitar təsirlərini necə artırdığını və xüsusilə də turistik sahələrə necə təsir edə biləcəyinin son dövrdəki nümunəsi oldu.

Avropa Turizm Assosiasiyasının baş direktoru Tom Jenkins verdiyi açıqlamada qeyd edib ki, Rodos kimi meşə yanğınlarından təsirlənən bölgələrdəki bəzi rezervasiyaların ləğv edilib.

Qısa müddətdə tələbdə ciddi bir azalma olmadığını qeyd edən Cenkins, Avropanın müəyyən bölgələrində bir müddətdir hiss edilən həddindən artıq istilərin hələ də tələbata təsir etmədiyini ifadə edərək: “Havalar sərindir, xüsusilə, Avropanın şimalında havalar sərindir və avropalı turistlərin iyul ayında Aralıq dənizinə tətilə getmələrinin səbəbi isti havaları istəməkləridir".

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et