Amerikalı müğənni Mayli Sayrus (Miley Cyrus) dörd ildir münasibətdə olduğu musiqiçi Maks Morando (Maxx Morando) ilə ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində ailə qurub.

24media.az BBC-yə istinadən xəbər verir ki, şənbə günü keçirilən toy mərasimi hovuz kənarında, ağ çiçəklərlə bəzədilmiş tağın altında baş tutub. Mərasimdə müğənninin anası Tiş Sayrus (Tish Cyrus) və bacısı Noa Sayrus (Noah Cyrus) da iştirak ediblər.
33 yaşlı Mayli Sayrus ötən il nişanlandığını açıqlamışdı. O, Maks Morandonun Asiyaya səfəri zamanı ona evlilik təklifi etdiyini bildirib.
Qeyd edək ki, müğənni daha əvvəl aktyor Liam Hemsvort (Liam Hemsworth) ilə evli olub. Cütlük 2018-ci ildə ailə qurub, 2019-cu ildə isə ayrılıb. Maks Morando isə Los-Ancelesdə fəaliyyət göstərən Liily qrupunun zərb alətləri ifaçısıdır.
Aydan Xudayarov
