Bu gün:

Cənubi Koreyanın təhsil naziri imtahan qalmaqalına görə istefa verib


Cənubi Koreyanın təhsil naziri Çoi Kyo-jin imtahan zamanı köçürmə qalmaqalının yaratdığı mübahisələr fonunda istefa verib.

24media.az BBC News-a istinadən xəbər verir ki, təhsil naziri cümə axşamı keçirilən illik universitetə qəbul imtahanında süni intellektdən istifadə etməklə köçürmənin qarşısını almaq üçün son anda tətbiq edilən tədbirlərin yaratdığı qarışıqlığa görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.


Bir həftə əvvəl keçirilən milli vergi mühasibi imtahanında ən yüksək nəticəni göstərən şəxs isə gizli miniatür kameradan istifadə edərək sualların şəklini çəkdiyini, onları süni intellekt sisteminə göndərdiyini və cavabları mobil telefonu vasitəsilə əldə etdiyini etiraf edib. 



Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et