Bəzi məşhur otaq bitkiləri pişik və itlər üçün zəhərlənmə riski yarada bilər. Hətta evlərdə tez-tez saxlanılan güllər belə heyvanların sağlamlığına ciddi zərər vura bilər.

Foto: kitekat
24media.az zakon.kz saytına istinadən xəbər verir ki, biologiya elmləri doktoru, professor Damir Udavliyevin sözlərinə görə, bitkilərin tərkibindəki zəhərli maddələr heyvanların orqanizminə müxtəlif cür təsir göstərir. Xüsusilə pişiklər bu maddələrə qarşı daha həssasdır.
Difenbaxiya, monstera, spatifillum, zamiokulkas və filodendron kimi bitkilər heyvanlarda ağız və boğazın şişməsinə, tüpürcək ifrazının artmasına və nəfəsalma çətinliyinə səbəb ola bilər. Azaliya, saqo palması və oleandr isə daha ciddi fəsadlar yarada bilər. Professor oleandrın hətta az miqdarda yeyilməsinin belə ölümcül ola biləcəyi barədə xəbərdarlıq edib.
Təhlükəli bitkilər siyahısına aloe, sarmaşıq, amarillis, siklamen, hidrangea, beqoniya, fikus və drasena da daxildir. Bu bitkilər heyvanlarda qusma, ishal, qıcolma və ürək fəaliyyətinin pozulmasına səbəb ola bilər.
Ekspert amarillisin soğanaqlarına və siklamenin yumrularına xüsusi diqqət yetirməyi tövsiyə edir. Çünki zəhərli maddələr əsasən bitkilərin bu hissələrində toplanır.
Aysel Mehtizadə
