Bu gün:

Həmkarlar ittifaqları yüksək yaşayış xərclərinə qarşı tətil aksiyalarına qoşulduqca etirazçıların sayı artır


Fransada 600 mindən çox insan mitinq və yürüşlərdə iştirak edib. Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat verib. Beş həmkarlar ittifaqı əməkhaqlarının və dövlət xidmətlərinin maliyyələşdirilməsinin artırılmasını tələb edərək ümummilli etiraz aksiyasına qoşulub.

24media.az BBC News saytına istinadən xəbər verir ki, Fransanın Baş Əmək Konfederasiyası isə cümə axşamı keçirilən etiraz aksiyalarında 1,57 milyon insanın iştirak etdiyini açıqlayıb.

Konfederasiyanın məlumatına görə, bu, 2023-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Paris, Marsel, Bordo və Lill şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.


Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et