“Alfa” nəslinin nümayəndələri (təxminən 2010-cu ildən sonra doğulanlar) və 64 yaşdan yuxarı insanlar sığınacaqlardakı heyvanlara daha çox maraq göstərməyə başlayıblar. Bu barədə T2 mobil operatorunun araşdırmasına istinadən “RIA Novosti” məlumat yayıb.

Foto: Maksim Stulov / Vedomosti
24media.az vedomosti.ru saytına istinadən xəbər verir ki, araşdırmaya əsasən, 2026-cı ildə sığınacaqlardan heyvan götürənlər arasında yeniyetmələrin payı 2,5 dəfə, yaşlı insanların payı isə 1,5 dəfə artıb.
Analitiklər Rusiyadakı heyvan sığınacaqlarının saytlarını araşdırıblar. Nəticədə, yeniyetmələrin sığınacaqlara marağının nəzərəçarpacaq dərəcədə artdığı məlum olub. “Alfa” nəslinin nümayəndələrinin sayı isə 78% yüksəlib.
Sığınacaqlarla ən çox 35-44 yaş aralığında olan insanlar maraqlanırlar. Bununla yanaşı, sığınacaq saytlarını ziyarət edənlərin 65%-dən çoxunu qadınlar təşkil edir.
Analitiklərin fikrincə, yeniyetmələrin heyvan sığınacaqlarına marağının artması onların böyüməsi və müstəqil həyata hazırlaşması ilə bağlıdır. Ev heyvanına qulluq etmək onlar üçün məsuliyyət hissini formalaşdıran ilk təcrübələrdən birinə çevrilir.
64 yaşdan yuxarı insanlar isə daha çox boş vaxta sahib olduqları üçün bu vaxtı ev heyvanlarına qayğı göstərməyə ayıra bilirlər.
Qeyd edək ki, sentyabrın 29-da “Vedomosti. Gorod” nəşri araşdırmaya istinadən rusiyalıların təxminən 16%-nin hər ay ev heyvanlarına özlərinə xərclədiklərindən daha çox pul ayırdığını yazıb.
Xərclərin böyük hissəsi heyvan yemlərinin alınmasına sərf olunur. Bu məqsədlə ayda orta hesabla 6100 rubl xərclənir.
Aysel Mehtizadə
