Moskvanın meşə-parklarında gəzinti zamanı vəhşi heyvanlara yaxınlaşmaq, onları yemləmək və ya qucağa götürməyə çalışmaq olmaz. Xüsusilə qış yuxusuna getmiş heyvanları narahat etməmək vacibdir. Bu barədə Moskva şəhərinin Təbiətdən İstifadə və Ətraf Mühitin Mühafizəsi Departamenti xəbərdarlıq edib.

Foto: Shutterstock/fotodom
24media.az Gismeteo saytına istinadən xəbər verir ki, havaların soyuması ilə kirpilər, yarasalar, porsuqlar, yenotabənzər itlər və fındıq süleysinləri qış yuxusuna hazırlaşırlar. Bu heyvanları oyatmaq və ya sığallamaq onların təbii bioloji proseslərini poza və sağlamlıqlarına zərər verə bilər. Buna görə də mütəxəssislər meşə sakinlərini təhlükəsiz məsafədən müşahidə etməyi və onları evə aparmamağı tövsiyə edirlər.
Yarasalarla qarşılaşdıqda xüsusilə ehtiyatlı olmaq lazımdır. Onlar müxtəlif infeksiyaların daşıyıcısı ola bilərlər. Buna görə də onlarla birbaşa təmas insan sağlamlığı üçün təhlükə yarada bilər.
Heyvanın adətən görünmədiyi vaxtda açıq ərazidə müşahidə edilməsi narahatlıq doğura bilər. Bu cür davranış bəzən heyvanın yaralandığını və ya xəstələndiyini göstərə bilər. Heyvanın köməyə ehtiyacı olduğu ehtimal edilirsə, Moskva hökumətinin vahid məlumat xidmətinə, Fövqəladə Hallar Nazirliyinə və ya yarasaların reabilitasiyası mərkəzinin fəaliyyət göstərdiyi Moskva Zooparkına müraciət etmək tövsiyə olunur.
Aysel Mehtizadə
