Bu gün:

İran: ABŞ ilə danışıqlarda yeni irəliləyiş yoxdur


İran və ABŞ arasında vasitəçilər vasitəsilə mesaj mübadiləsi davam etsə də, danışıqlarda yeni irəliləyişin olmadığı bildirilir. Tehran Vaşinqtonun irəli sürülən yeddi şərti yerinə yetirməyəcəyi təqdirdə yeni addım atmayacağını bəyan edib.


24media.az TRT Haber saytına istinadən xəbər verir ki, İranın Fars xəbər agentliyinə danışan və adı açıqlanmayan mənbə iki ölkə arasında vasitəçilər vasitəsilə mesaj mübadiləsinin adi qaydada davam etdiyini bildirib.

Mənbənin sözlərinə görə, ABŞ İranın irəli sürdüyü yeddi şərti yerinə yetirənədək danışıqlarda hər hansı yeni irəliləyiş və ya addım gözlənilmir.

Hörmüz boğazındakı vəziyyətə də toxunan mənbə boğazın tamamilə İran hərbi qüvvələrinin nəzarətində olduğunu iddia edib. O, heç bir ABŞ gəmisinin boğaza bir neçə yüz kilometr yaxınlaşmağa cəsarət etmədiyini bildirib.


Fidan Mənsimova




 

Paylaş
Şərh əlavə et