ABŞ Prezidenti Donald Tramp ABŞ və Kanadanın ticarət sazişi üzrə razılaşmaya çox yaxın olduğunu bildirib.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Tramp Ayova ştatında jurnalistlərin suallarını cavablandırarkən Kanada Baş naziri Mark Karni ilə son görüşü barədə danışıb. O, iki ölkə arasında qarşılıqlı faydalı ticarət sazişi üzrə razılığa gəlmək üçün danışıqların davam etdiyini bildirib.
Tramp mümkün saziş çərçivəsində ABŞ fermerlərinin tarif ödəməyəcəyini, Kanadanın isə “Keystone XL” neft boru kəmərini inşa edəcəyini qeyd edib. Onun sözlərinə görə, razılaşma Kanada üçün də müsbət nəticələr verəcək.
Kanada Baş naziri Mark Karni də daha əvvəl Trampla iki ölkə arasındakı ticarətin gələcəyinə dair yaxşı söhbət apardıqlarını açıqlamışdı.
Fidan Mənsimova
