Bu gün:

Hellouin şənliyində beş yeniyetmə bıçaqlanıb


Böyük Britaniyada Hellouin şənliyində bıçaqlanan beş yeniyetmənin ağır xəsarət aldığı bildirilib.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şənbə günü saat 22:30-dan az sonra İstli (Eastleigh) yaxınlığındakı Çandlerz Ford (Chandler’s Ford) qəsəbəsinin Park Road küçəsinə çağırılıblar.

Üçü 16, ikisi isə 17 yaşında olan beş yeniyetmə xəstəxanaya çatdırılıb.

Hempşir Polisi bıçaqlanma hadisəsindən əvvəl naməlum bir qrupun Park Road küçəsindəki şənliyə zorla daxil olduğunu ehtimal etdiklərini bildirib.



Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et