Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Cae Myunqun (Lee Jae Myung) dəvəti ilə “TUR” təyyarəsi ilə Seula yola düşüb.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, Prezident Ərdoğanı Atatürk Hava Limanının Dövlət Qonaq Evindən vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və AK Partiyanın İstanbul üzrə sədri Abdullah Özdemir yola salıblar.
Prezident Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler və sənaye və texnologiya naziri Mehmet Fatih Kacır müşayiət edirlər.
Prezident Ərdoğanın noyabrın 1-dən 4-dək davam edəcək səfəri çərçivəsində noyabrın 3-də, çərşənbə axşamı, Cənubi Koreya Prezidenti Li Cae Myunq ilə rəsmi görüşünün keçirilməsi gözlənilir.
Görüşlərdə iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Həmçinin ikitərəfli əlaqələrin hüquqi bazasını möhkəmləndirəcək müxtəlif sənədlərin imzalanması planlaşdırılır.
Fəqan Nurullazadə
