Bu gün:

Sosial mediada uşaqlar üçün yeni dövr


Uşaqların sosial mediada qorunmasına yönəlmiş yeni qaydalar bu gündən qüvvəyə minib. 15 yaşdan kiçik uşaqların sosial media xidmətlərindən istifadəsi qadağan edilib, 15–17 yaşlı istifadəçilər üçün isə canlı yayımlar və sonsuz sürüşdürmə funksiyaları məhdudlaşdırılıb.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, sosial media platformalarında uşaqların istifadə vərdişlərinə təsir edəcək yeni tənzimləmə bu gündən qüvvəyə minib.

Tənzimləməyə əsasən, 15 yaşdan kiçik uşaqlara sosial media xidmətləri göstərilməyəcək. 15–17 yaşlı istifadəçilər üçün isə canlı yayımlar, sonsuz sürüşdürmə və fərdiləşdirilmiş reklamlar kimi funksiyalar məhdudlaşdırılacaq.

Yeni qaydalar çərçivəsində uşaqların hesablarının məxfiliyinə də xüsusi diqqət yetiriləcək. Mövcud hesablarda yaşın təsdiqlənməsi üçün son tarix 31 mart 2027-ci il müəyyən edilib. Yaşı 15-dən az olduğu təsdiqlənən istifadəçilərin hesabları bağlanacaq.

Tənzimləmənin əsas səbəblərindən biri uşaqların inkişaf dövründə sosial media platformalarının funksiyalarından böyüklərdən fərqli şəkildə təsirlənə bilməsidir.


Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et